PDF Oxu

Əsas

  • 11

Çexiya Senatının sədri Prşemısl Sobotka BSU-nun qonağı olub

Çexiya Senatının sədri Prşemısl Sobotka BSU-nun qonağı olub
Dünən Çexiya Respublikası Parlamenti Senatının sədri Preşemısl Sobotka Bakı Slavyan Universitetinin qonağı olmuşdur.Universitetin yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında qonaqları məlumatlandıran BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor, Kamal Abdullayev daha sonra qonaqları Polyak dili və Mədəniyyət Mərkəzi və Müasir yunan dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etdi.
Çexiya Respublikası Parlamenti Senatının sədri cənab Preşemısl Sobotkanın Bakı Slavyan Universitetinin professor-müəllim və tələbə heyəti ilə akt zalında görüşü keçirildi. Beynəlxalq tələbə himni ilə başlanan tədbirdə universitetin professor və müəllimləri, tələbə və magistrantları adından Çexiya Respublikası parlamenti Senatının sədrini salamlayan BSU-nun rektoru, professor, K.Abdullayev bu görüşü Bakı Slavyan Universitetinin tarixində əlamətdar hadisə kimi dəyərləndirdi və universitetdə çexiyaşünaslığın inkişafına, ölkə və xalqlar arasında qarşılıqlı əlaqələrin genişlənməsinə, humanitar əməkdaşlığın dərinləşməsinə müsbət təsir göstərəcəyini diqqətə çatdırdı.
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılmış Bakı Slavyan Universitetinin fəaliyyətinin Azərbaycanla Çexiya və ümumən slavyan ölkələri arasında ənənəvi dostluq münasibətlərinin ən parlaq nümunələrindən biri olduğunu diqqətə çatdıran rektor BSU-nun bu gün bütün regionda unikal slavistika mərkəzi kimi tanıdığını qeyd etdi: lBiz qürurla deyə bilərik ki, hörmətli Prezident cənab İlham Əliyevin uğurla inkişaf etdirdiyi Azərbaycan-Çexiya əlaqələrinin inkişafına əlimizdən gələn töhfəni veririk. Bakı Slavyan Universiteti bu gün bütün regionumuzda unikal slavistika mərkəzi kimi tanınmaqdadır. Bizim auditoriyalarda, elmi-tədqiqat laboratoriyalarında, kafedralarda slavistikanın digər sahələri ilə yanaşı, çexiyaşünaslıq da mühüm yer tutur. Hazırda universitetimizdə 60 bakalavr və magistrant çexiyaşünaslıq üzrə təhsil alır. Bizim 122 çexiyaşünas məzunumuz müxtəlif sahələrdə müvəffəqiyyətlə çalışır və təbii ki, Çexiyanın Azərbaycanda daha da yaxından tanınmasında əhəmiyyətli rol oynayırlar. Çexiyaşünaslığın inkişafı üçün BSU Çexiya universitetləri ilə sıx əməkdaşlığa çalışır. Əminik ki, cənab səfirlər Radek Matula və Tahir Hacızadənin fəaliyyətə başlaması və artıq universitetimizə göstərdikləri diqqət nəticəsində Çexiya universitetləri ilə ələqalərimiz yeni səviyyəyə qalxacaq".
Çexiya Respublikası parlamenti Senatının sədri cənab Preşemısl Sabotka universitet kollektivinə isti və mehriban münasibətə görə dərin minnətdarlığını bildirdi, BSU-nun regionda slavistikanın tədrisində unikal mərkəz olduğunu qeyd etdi: lBu gün Bakı Slavyan Universiteti slavyan dillərinin, o cümlədən, çex dilinin, ədəbiyyatının, mədəniyyətinin tədrisi baxımından çox unikal tədris mərkəzidir. Mən xüsusi ilə çexiyaşünaslıq ixtisasında təhsil alan tələbələri Çexiya mədəniyyəti, təhsil sistemi, tarixi ilə yaxından tanış olmağa çağırıram. Əminəm ki, bizim sizə göstərəcək zəngin tariximiz və mədəniyyətimiz vardır".
Çexiya Respublikası parlamenti Senatının sədri cənab Preşemısl Sabotka Çexiyanın mədəniyyəti və tarixini özündə əks etdirən kitabları universitet kitabxanasına hədiyyə etdi. Bədii hissədə tələbələr çex dilində şeirlər, çex xalq və müasir mahnılarını ifa etdilər. Tələbələrin müasir Çexiyanın ictimai-siyasi və mədəni həyatı, onun beynəlxalq aləmdə mövqeyi və xalqımızın ağrılı Qarabağ probleminə münasibəti barədə suallarını cavablandıran cənab P.Sabotka universitetin qonaqlar kitabına öz ürək sözlərini yazdı.

Digər xəbərlər