PDF Oxu

Əsas

  • 19

“Əsrin Müqaviləsi”nin 15 illiyinə və Nobel qardaşlarının Azərbaycandakı rəsmi fəaliyyətinin 130 illiyinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərgi keçirildi

“Əsrin Müqaviləsi”nin 15 illiyinə və Nobel qardaşlarının Azərbaycandakı rəsmi fəaliyyətinin 130 illiyinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərgi keçirildi
Dünən Muzey Mərkəzində "Əsrin Müqaviləsi"nin 15 illiyinə və Nobel qardaşlarının Azərbaycandakı rəsmi fəaliyyətinin 130 illiyinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərginin açılışı oldu və eyni zamanda, "Nobel və Bakı nefti" kitabının təqdimat mərasimi keçirildi. Qeyd edim ki, layihənin təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, StatoilHydro Abşeron və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir. Layihənin müəllifləri: Azadə Hüseynova, Naidə Abbasova və Əminə Məlikovadır.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, bu gün bir neçə hadisənin mötəbər anları yaşanılır. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Muzey Mərkəzinin təmir-bərpa işlərinin başa çatması, eyni zamanda, ulu öndər Heydər Əliyev cənablarının 15 il bundan öncə "Əsrin Müqaviləsi"nin bağlanmasını qeyd edirik. O bildirdi ki, bu müqavilə bağlanandan sonra xalqımız xoşbəxt və firavan həyat tərzinə nail oldu. Müqavilənin imzalanması neft sənayesinin zənginləşməsinə və onun inkişafına güclü təkan verdi. Tariximizin yaddan çıxmayan səhifələrindən biri də Nobel qardaşlarının neft sənayesindəki fəaliyyətidir. Nazir vurğuladı ki, Nobel qardaşlarının Azərbaycanda rəsmi fəaliyyətlərinin 130 illiyidir. Bununla bağlı bu gün "Nobel və Bakı nefti" kitabının təqdimat mərasimi keçirilir.
Təqdim ediləcək "Nobellər və Bakı nefti" kitabı Nobel qardaşlarının Rusiya imperiyasında və xüsusən, Azərbaycandakı fəaliyyətinə həsr olunub. Kitabda Nobellərin ailə şəcərəsi, onların XIX əsrin 30-60-cı illərində Rusiyada, 1874-cü ildən 1920-ci ilə qədər Azərbaycanda və ilk növbədə, Bakı neft rayonunda fəaliyyəti öz əksini tapmışdır. Kitabda Nobel qardaşlarının Bakı neft sənayesinin inkişafındakı rolu, neftin hasilatı, emalı və nəqli sahəsində tətbiq etdikləri texniki yeniliklər, o cümlədən, onların Bakı şəhərinin ictimai və sosial həyatında gördükləri işlər geniş şəkildə işıqlandırılmışdır. O dövrü əhatə edən unikal foto və sənədlər kitabda öz əksini tapmışdır. Sözünə davam edən Əbülfəs Qarayev mədəniyyət və incəsənət xadimləri adından neft sənayesi sahəsində çalışan insanları təbrik etdi.
Tədbirdə çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bu tarixi hadisə münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. O, Azərbaycanda neft sənayesinin inkişafı və "Əsrin Müqaviləsi" barəsində geniş çıxış edərək, cəmiyyətin inkişafında neft strategiyasının əhəmiyyətindən danışdı. O, xarici kapitalistlərin Bakıya axını zamanı neftin inkişafını sürətləndirilməsini qeyd etdi. O bildirdi ki, o zaman Azərbaycan dünyada neft hasilatının 50%-ni təşkil edirdi. Bu da böyük göstəricəi idi. 19 əsrin ortalarında Bakıda fəaliyyət göstərən Nobel qardaşları neft sənayesinin inkişafında böyük rol oynadılar. 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması dövlətimizin xarici şirkətlər ttərəfindən daha da yaxından tanınmasına imkan yaratdı. Dövlətimiz qüdrətli bir ölkəyə çevrildi.
Qeyd edim ki, sərgiyə gələnlər Nobellər ailəsi və onların fəaliyyətləri ilə bağlı hər hansı bir məlumatı müasir texnologiyalar vasitəsi ilə əldə edə biləcəklər.

Digər xəbərlər