PDF Oxu

Əsas

  • 11

Təhsil ocaqları yeni dərs ilinin sevincini yaşadı

Təhsil ocaqları yeni dərs ilinin sevincini yaşadı
15 Sentyabr Bilik Günüdür. Neçə-neçə insanların böyük həvəslə gözələdikləri bu gündə təhsil müəssisələrində böyük bir canlanma yaşandı. Təhsilli, bilikli, savadlı mütəxəssislərin yetişməsi cəmiyyətin sağlam ruhlu mütəxəssislərlə təmin olunmasına əsasdır. Müasir həyatımızda inkişafda olan dövlətimiz üçün daha böyük potensiala malik qüvvələrin yetişməsinə ehtiyac vardır. Azərbaycanın dünyaya inteqrasiya olunduğu bir zamanda Azərbaycan təhsilinə yönəlmiş diqqət, məhz bu sahədə zamanın tələblərini ödəyə biləcək ziyalıların yetişməsinə doğru uğurlu bir addımdır.
Dünən Bilik Günü idi. Saysız insanların həvəslə gözlədiyi və böyük məhəbbətlə qeyd etdiyi bu günün kəsb etdiyi mənanın arxasında böyük dəyərlər dayanır. Bu dəyərlərin ən başlıcası isə müasir dövrümüzdə Azərbaycanın gələcək inkişafını təmin edə biləcək, eyni zamanda, vətənpərvərlik ruhunda milli-mənəvi dəyərlərə söykənən mütəxəssislərin təhsilə mükəmməl olaraq yiyələnməsidir. Belə bir tələbkarlıqla hər bir mütəxəssisə yanaşıldığı zamanda bilik gününü qeyd edən təhsil işçiləri 15 sentyabr tarixində çalışdıqları ocaqlara toplaşmışdılar. Bilik Gününü qeyd edən təhsil ocaqları sırasında Suraxanı rayon Zığ kəndində yerləşən 317 nömrəli orta məktəbi də yeni dərs ilinin sevincini yaşadı. Hər il olduğu kimi, bu il də məktəb öz qapılarını qürurla məktəblilərin üzünə açdı. Belə ki, bu il respublikanın müxtəlif ali məktəblərinə daxil olan tələbə adı qazanmışlar məzunlar sırasında bu məktəbin də yetirmələri kifayət qədərdir. Təhsilin Azərbaycan məktəblilərinə verdiyi imkanlardan kifayət qədər bəhrələnən yeniyetmələr istər Azərbaycanın daxilində, istərsə də, ondan kənarda belə öz təhsillərini davam etdirmək iqtidarındadırlar. Bu da müstəqil Azərbaycan dövlətinin gənclərə verdiyi ən böyük töhfələrdən biridir. Tədbirin aparıcısı Nərmin İbrahimova ilk olaraq məktəbin qarşısına toplaşmış məktəbliləri salamlayaraq, onları ilk dərs günündə təbrik edib, il boyu məsuliyyətlə çalışaraq, dövlətin onlara göstərdiyi diqqətin doğruldulmasını tövsiyə etdi.
Bilik Günündə məktəbin direktoru Əliqismət Səfərov bu gün münasibətilə bütün təhsil işçilərini və bilik almaq məqsədilə müxtəlif təhsil ocaqlarına yön almış hər bir kəsi ürəkdən təbrik edərək, onlara uğurlu nailiyyətlər dilədi. 2009-2010-cu tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərində Azərbaycan təhsilinin yeni inkişaf dövrünə qədəm qoyduğuğunu bildirən məktəbin direktoru dövlət tərəfindən təhsilə göstərilən diqqətə nəzər saldı. Təhsilin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirən Əliqismət Səfərov son illərdə yeni məktəblərin tikilməsini, məktəblilərin dərsliklərlə pulsuz təmin edilməsini və s. mühüm halların baş verməsini, məhz görülən işlərin məntiqi nəticəsi kimi qiymətləndirdi.
Məktəblərin infrastrukturunun yeniləşdirilməsi, təhsilin inkişafı sahəsində Heydər Əliyev Fondunun xidmətləri xüsusi vurğulanmalıdır. Fondun təşəbbüsü ilə hər il yüzlərlə məktəbli yeni tədris ilinə yeni sinif otağında qədəm qoyur. Təhsil sahəsində fondun ən böyük və irimiqyaslı işi olan "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi də uğurla davam edir. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Yeni dərs ilinin əvvəlində Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində məktəblilərə çanta və dərs ləvazimatının paylanması artıq ənənəyə çevrilib.
Əliqsmət Səfərov müasir dövrümüzdə Azərbaycan təhsilinə, təhsil işçilərinə dövlət tərəfindən göstərilən etimada toxunub, bu gün birinci dəfə məktəbə əlinə çanta alan birincilərə məhz dövlət tərəfindən, eləcə də Heydər Əliyev Fondu tərəfindən böyük bir dəstək olduğunu nəzərə çatdırdı. Belə ki, bütün birincilər Heydər Əliyev Fondu tərəfindən məktəblilərə lazım olan bütün vəsaitlə tam təmin olunmuş, eyni zamanda, müasir standartlara cavab verən təhsil ocaqlarında dərs almaq imkanına yiyələnmişlər. Bütün məktəblilərin təmin etdirilməsi, bərpası, eləcə də, yeni məktəblərin tikilməsi fondun məktəblilərə göstərdiyi etimad nəticəsində öz həllini tapmışdır. Sözsüz ki, bu il tələbə adına layiq görülmüş məzunların daha geniş elmi biliklərə yiyələnməsində məhz müasir tipli məktəblərin rolu danılmaz faktordur. Belə ki, otaqların kompüterləşdirilməsi, müasir avadanlıqlarla təchiz olunması məktəblilərin təhsilinə müsbət təsirini göstərmişdir. Məktəbin direktoru bütün məktəblilərə, eləcə də, bütün məktəbin pedaqoji kollektivinə uğurlar diləyib, bu yeni dərs ilində bütün təhsil işçilərini yeniliklər gözlədiyini bildirdi. Bu il qəbul olunan "Təhsil haqqında" Qanun da həmin yeniliklərdən biridir. Milli Məclis tərəfindən təsdiqini tapmış lTəhsil haqqında" Qanunun nəticələrinin təhsilin inkişafına müsbət təsirini göstərəcəyini vurğuladı.
Bilik Günündə məktəblilərin görüşünə gələn Zığ kənd bələdiyyəsinin nümayəndəsi Mübariz Novruzov məktəbliləri ilk olaraq Bilik Günü münasibətilə təbrik etdi, onlara dövlət tərəfindən göstərilən qayğı və diqqətdən söz açıb, göstərilən bu diqqətin müqabilində məktəblilərin yüksək biliklər əldə etməsini tövsiyə etdi. Böyük bir canlanma yaşayan məktəbdə ilk dərs günündə məktəblilər də bu görüşə bilik və bacarıqlarını nümayiş etdirməklə qədəm qoymuşlar. Belə ki, bayrama çevrilən Bilik Günündə məktəbin 3 v sinif şagirdi Balaoğlanov Nəzir, İbrahimova Nüşabə və başqaları çıxış edərək şeir parçaları ilə həmyaşıdlarını, eləcə də, bütün məktəbin qarşısına toplaşanları təbrik etdilər.

Digər xəbərlər