PDF Oxu

Əsas

  • 17

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı bu gün Azərbaycana gələcək

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı bu gün Azərbaycana gələcək
Bu gün Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Andris Piebalqs Azərbaycana səfərə gələcək.
Aİ-nin Bakıdakı nümayəndəliyindən bildiriblər ki, səfərin əsas məqsədi sentyabrın 15-dən 16-dək Bakıda keçiriləcək "Dünya qaz sənayesinin infrastrukturu 2009 - Xəzər regionu" ("Gas Infrastructure World Caspian - 2009") beynəlxalq konfransda iştirak etməkdir. Azərbaycanda ilk dəfə keçiriləcək bu konfransda Xəzərin qaz sənayesi potensialının inkişafı, qlobal qaz bazarında islahatlar və onun Xəzər regionuna təsiri, qazın ixracı zamanı dövlətlərarası əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur. Bundan əlavə, konfransda gələcək ixrac marşrutlarına təsir göstərəcək əsas amillərin müəyyən olunması, regiondakı nəhəng qaz layihələrinin maliyyələşdirilməsi, həmçinin qazın alınması və ixracının vahid strukturunun inkişaf etdirilməsi məsələləri də müzakirə olunacaq. Konfrans çərçivəsində A.Piebalqs Azərbaycan rəsmiləri ilə, həmçinin Xəzər İşgüzar İnteqrasiya Klubunun üzvləri ilə görüşəcək.

Digər xəbərlər