NEFTLƏ ÇİRKLƏNDİRİLMİŞ TORPAQLAR TƏMİZLƏNİR
Azərbaycan neftçıxarmanın qədim məskənlərindən sayılır. Belə ki, 1848-ci ildə sənaye üsulu ilə ilk neft quyusu Abşeronda, Bibiheybət yatağında qazılıb. Doğrudur, neft sənayesinin qədimliyi qürur doğuran amildir. Lakin əfsuslar olsun ki, illər ərzində Abşeron yarımadasında 10 min hektara yaxın münbit torpaq sahəsi çirklənib. Lay sularından gölməçələr yaranıb, insan orqanizmi üçün ciddi fəsadlar törədən radiasiya fonu yüksəlib. Qısası, ekoloji durum təhlükəli həddə çatıb. Xəzər dənizində də ekoloji vəziyyət qənaətbəxş deyil. Quyuların qazılması, istismarı və təmiri zamanı, neftin tanker və boru kəmərləri ilə nəqlində vaxtaşırı baş verən qəzalar nəticəsində dəniz suyu və dib çöküntüləri çirklənib. Dənizin fauna və florası da bu proseslərin mənfi təsirindən kənar qalmayıb.
Ekoloji vəziyyətin təhlükəli həddə çatması həyəcan təbilinin çalınmasını tələb edir. Çünki ətraf mühitin, atmosferin çirklənməsi ağır və qlobal fəsadların törənməsinə təkan verə bilər. Maraqlıdır, bu təhlükəli prosesi dayandırmaq üçün hansı işlər görülüb və görülməkdədir? Məlum məsələdir ki, torpaqların rekultivasiyasına, məhsuldar hala gətirilməsinə illər lazımdır. On illərlə çirkləndirilən torpaqların 1-2 ilə əvvəlki vəziyyətinə gətiriləcəyinə ümid etmək yanlış olardı.
Qürurvericidir ki, torpaqların təmizlənməsi, ekoloji tarazlığın bərpası, gorunması dövlət başcımızın diqqətindədir. Prezident İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş