PDF Oxu

Əsas

  • 15

Ermənistan: terrorçu dövlət, işğalçı siyasət və ac xalq

Ermənistan: terrorçu dövlət, işğalçı siyasət və ac xalq
Dünyada işğalçı dövlət kimi tanınan Ermənistan, köçürüldükləri ərazilərdə yerli xalqlara qarşı terror və soyqırım aktı həyata keçirən ermənilər bunun ağır nəticələrini yaşamaqdadır. Həyata keçirdiyi işğalçı siyasət sonucunda özünü iqtisadi blokadaya salan terrorçu ölkədə sosial-iqtisadi böhran getdikcə dərinləşir. Qlobal maliyyə-iqtisadi böhrandan ən çox ziyan çəkməsi də rəsmi Yerevanın yürütdüyü separatçı siyasətin iflasa uğradığını açıq göstərir. Uzun illərdir əhalisi aclıq, səfalət və psixoloji böhran içində yaşayan ölkənin durumu getdikcə daha çox pisləşir.
Dünya mediası işğalçı ölkənin düşdüyü ağır durum haqda tez-tez materiallar yayımlayır. Ölkə qəzetlərində də Ermənistanda sosial-iqtisadi vəziyyətin günbəgün ağırlaşdığı barədə yazılar dərc edilir. Həmin yazılarda deyilir ki, Ermənistan əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayır.
"Ölkədə orta aylıq əmək haqqı çox aşağı səviyyədədir. Bu gün Ermənistanın mövcudluğu xarici yardımdan asılıdır. Erməni diasporu ölkəyə milyonlarla dollar yardım edir, əhalinin böyük hissəsi xaricdəki qohumlarından göndərilən vəsait hesabına yaşayır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, ölkəyə xaricdən göndərilən pullar yerli iqtisadiyyatın gəlirlərindən çoxdur",- deyə qeyd olunur.
Erməni mediası, həmçinin yazır ki, Yerevan şəhərinin böyük bir hissəsi köhnə, əldən düşmüş binalardan ibarətdir. "Sovet dövründən qalma avtomobillər ölkədə atmosferin çirklənmə prosesini daha da sürətləndirir. Ölkənin bəzi regionlarında su çatışmazlığı problemi yüksək həddədir. Ermənistanda demokratiyanın vəziyyəti ilə də bağlı ciddi problemlər yaşanır. Bu ilin əvvəllərində həmin problem özünü bir daha nümayiş etdirdi. Hakimiyyət prezident seçkiləri zamanı müxalifətə qarşı kütləvi zor tətbiq edir",- deyə yazıda bildirilir.
Məqalələrdə, habelə, Ermənistanda əhalinin böyük əksəriyyətinin ölkəni tərk etdiyi bildirilir. Qeyd olunur ki, qonşu Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Ermənistan özünü bölgədə həyata keçirilən böyük iqtisadi layihələrdən təcrid vəziyyətinə salıb. "Dağlıq Qarabağ münaqişəsinin həllini ləngitməklə Ermənistan ölkədə vəziyyətin daha da gərginləşməsinə rəvac verir. Bunu Ermənistanın yeni rəhbərliyi dərk etməlidir",- müəlliflər vurğulayır
Dünya ictimaiyyəti artıq Cənubi Qafqazdakı real durumu və münaqişələrin əsil mahiyyətini anlamaqdadır. Burada Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə həyata keçirilən düzgün xarici siyasət faktorunun da mühüm rolu var.
Hələ Sovet İttifaqı dövründə dotasiya ilə yaşayan Ermənistan bir dövlət kimi mövcud olduğu 90 illik zamanda heç vaxt özünün imkanları ilə yaşamağa qadir olmayıb. Hazırda isə, terrorçu dövlət özünün ən ağır dövrünü yaşayır. Təcavüzkarlığın real nəticələri erməni xalqını səfalət işində buraxıb.
Şübhə yoxdur ki, əhalisinin əksəriyyətinin işsiz olduğu, maaş və pensiyaların aşağı məbləğdə ödənildiyi ölkədə yoxsulluq həddi yüksələn xətlə artacaq. Elə ölkə müxalifətinin rəhbərləri, ziyalıların nümayəndələri də bu fikirdədirlər və artıq öz səslərini daha ucadan çıxarmağa başlayıblar. Onlar ölkəyə başa dövlətdən rəhbər təyin olunmuş hakimiyyət başçılarının siyasətinə sərt etirazlarını bildirirlər.
Göründüyü kimi, erməni xalqı, Ermənistan siyasi müxalifəti artıq reallığı qəbul və etiraf etmək zorunda qalıb. Ölkə ziyalıları, müxalifət liderləri Ermənistanın düşdüyü ağır durumdan və iqtisadi-sosial problemlərdən əhalinin ziyan çəkdiyini, dövlətin beynəlxalq nüfuzunun son illər xeyli aşağı düşdüyünü qeyd edirlər.
Ən əsası isə odur ki, bu müttəfiqlik Ermənistana Avropa və ABŞ-la starteji müttəfiqliyə imkan vermir. Cənubi Qafqazın digər iki ölkəsi isə artıq Qərbin strateji müttəfiqi rolunda çıxış edirlər. Bu isə işğalçı ölkəni həm beynəlxalq iqtisadi layihələrdə iştirakdan, həm də NATO, ATƏT, AŞ, GUAM kimi təşkilatlarla normal münasibətlərin qurulmasından məhrum edir. Bir qədər öncə Gürcüstanda keçirilən NATO təlimlərində Ermənistanın iştirak etməməsi də bu ölkəni Qərbin dəstəyindən məhrum edir.
Yerevandan gələn xəbərlərdən və səslənən son açıqlamalardan görünür ki, işğalçı ölkə rəsmiləri və ictimaiyyət nümayəndələri artıq hansı vəziyyətin yarandığını və bunun nə ilə sonuclanacağını dərk etmiş durumdadırlar. Bu səbəbdən də, mövcud durumun gec-tez rəsmi Yerevanı reallığı nəzərə almağa, regionda sülhü və sabitliyi pozmaq əməllərinə son qoyulmasına gətirib çıxaracağı şübhə doğurmur.
İşğalçı ölkəni buna vadar edən səbəblərdən biri də böyük qardaşının yardımı ilə ərazisini işğal edib, əhalisini soyqırıma məruz qoyduğu və düşmən elan etdiyi Azərbaycanın durmadan sürətli inkaşafı ilə bağlıdır. Ermənistanla müqayisədə Azərbaycanın iqtisadi və hərbi qüdrəti dəfələrlə çoxdur.
Hər iki ölkənin ordularını isə heç müqayisə etməyə belə dəyməz. Azərbaycan Ordusu özünün peşəkarlığı, müasir texniki bazaya və modern silahlara malik kadrları, say tərkibi və digər üstünlükləri ilə Qafqazın ən güclü ordusudur. Bu ordunun qarşısında isə yarıac əsgərlərdən ibarət, zəif silahlanmış, fərariliyin və ölüm hallarının vüsət aldığı dünyanın ən miskin ordusu dayanıb. Savaş başlayacağı təqdirdə, nələrin baş verəcəyini anlamaq çətin deyil.
Ermənistandan səslənən "müharibə başlasa, bayrağımızı Kürdəmirə sancacağıq" bəyanatları isə acı gülüş doğurur. Savaş başlasa, Azərbaycan ordusunun uzağı 1 aya Yerevanda Azərbaycan bayrağını dalğalandıracaq qüdrətə malik olduğunu bilən ermənilərin bu sözləri küncə qısqırılan itin cırmaq atmasına bənzəyir
O ki qaldı, xarici siyasət məsələlərinə, bu haqda onu demək olar ki, işğalçı və terrorçu dövlətin diplomatik məğlubiyyəti artıq açıq-aydın görünür. Beynəlxalq təşkilatların və böyük dövlətlərin nümayəndələri tərəfindən səslənən son bəyanatlar və açıqlamalar, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü və soyqırım məsələsində qeyd edilən qəti fikirlər bunu əminliklə söyləməyə tam əsas verir.
Erməni lobbisinin bütün dünyada uzun illərdir ki, səsləndirdiyi soyqırım yalanları artıq ifşa edilməklə paralel olaraq, türklərə qarşı tarix boyu ermənilər tərəfindən həyata keçirilmiş terror və soyqırım aktlarının dünya birliyi tərəfindən qəbul olunması da xarici siyasətimizin böyük uğurudur.
Beləliklə, Cənubi Qafqazda yerləşən iki ölkənin və bu ölkələri idarə edən hakimiyyətlərin hansının doğru yolda olmasını yuxarıda qeyd etdiyimiz kiçik müqayisə ilə anlamaq olar. Bunun Ermənistanda və onu himayə edən ölkələrdə də tam anlaşıldığının fərqindəyik.
Qafqazda və dünyada gedən prosesləri diqqətlə nəzərdən keçirdikdə, aydın olur ki, tarixi həqiqətin və ədalətin öz yerini tapmasına az qalıb.

Digər xəbərlər