Elçin Quliyev: “Cari ilin 7 ayı ərzində 600-ə yaxın axtarışda olan sərhəd pozucusu saxlanılaraq müvafiq orqanlara təhfil verilib”
Azərbaycanda qaçaqmalçılıqla bağlı bəzi statistik rəqəmlərdə artım, bəzilərində isə azalma var. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-leytenant Elçin Quliyev bildirib. E.Quliyev qeyd edib ki, ümumlikdə sırf qaçaqmalçılığın sayı azalıb.
"Mən hesab edirəm ki, bu ilk növbədə sərhdə mühafizəsinin dinamik inkişafından irəli gəlir. Azərbaycanın qitisadi qüdrətinin artması da qaçaqmalçılığın azalmasına təsir edən səbəblərdəndir" - deyə qeyd edən general-leytenant E.Quliyev sərhəd pozuculuğu ilə bağlı axtarışda olan şəxslərin sayının artdığını vurğulayıb. Cari ilin 7 ayı ərzində 600-ə yaxın axtarışda olan sərhəd pozucusu saxlanılaraq müvafiq orqanlara təhfil verilib.