PDF Oxu

Əsas

  • 17

Moskvada MDB XİN-lərarası məsləhətləşmələr aparılıb

Moskvada MDB XİN-lərarası məsləhətləşmələr aparılıb
BMT Baş Məclisinin bu il sentyabrın 15-də başlanacaq 64-cü sessiyası ərəfəsində Rusiya XİN-də MDB çərçivəsində Xarici İşlər Nazirlikləri arasında 2009-cu il üçün Çoxsəviyyəli Məsləhətləşmələr Planına uyğun olaraq, MDB iştirakçısı olan dövlətlərin nümayəndələri arasında ənənəvi məsləhətləşmələr aparılıb.
RF XİN-in İnformasiya və Mətbuat Departamentindən verilən məlumata görə, tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan, habelə MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak edib. Azərbaycan Respublikasının və Ukraynanın təmsilçiləri məsləhətləşmələrdə müşahidəçi qismində iştirak ediblər. Konstruktiv ruhda keçən fikir mübadiləsi BMT-nin fəaliyyətinin əsas istiqamətləri barədə MDB ölkələrinin mövqelərinin üst-üstə düşməsini və ya yaxın olmasını, beynəlxalq məsələlərdə bu təşkilatın mərkəzi rolunun artırılmasında hamının marağı olmasını təsdiq ediblər. Məsləhətləşmələrin iştirakçılarının yekdil fikrinə görə, BMT Baş Məclisinin qarşıdakı sessiyası böyük əhəmiyyət kəsb edir. O, qlobal təhdid və təhlükələrə qarşı mübarizədə beynəlxalq birliyin səylərini cəmləşdirməli, BMT-nin kollektiv təhlükəsizlik sisteminin səmərəsinin artırılmasına, qlobal maliyyə böhranı şəraitində aktual sosial-iqtisadi problemlərin həllinə və ətraf mühitin qorunması sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə kömək etməlidir.
Tədbirdə qarşıdakı sessiyanın gündəliyinə daxil edilmiş, Birlik üçün ən aktual məsələlərin bir qismi barədə MDB üzvü olan dövlətlərin praktiki qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi və daha da dərinləşdirilməsi zərurəti vurğulanmışdır. Regional təhlükəsizlik üçün təhdidlərə, beynəlxalq terrorizmə qarşı mübarizəni genişləndirmək, eləcə də MDB məkanında iqtisadi inkişafa kömək göstərmək üçün kollektiv mexanizmlərdən və BMT-nin potensialından maksimum istifadə etməyin vacibliyi qeyd edilib. Müzakirə iştirakçıları MDB ölkələrinin birgə təşəbbüsü çərçivəsində İkinci Dünya Müharibəsinin başa çatmasının 65-ci ildönümü haqqında BMT-nin Baş Məclisinin qətnamə layihəsinin qəbul edilməsinin zəruri olduğunu vurğulayıblar. Məsləhətləşmələr konstruktiv və işgüzar şəraitdə keçib. MDB üzvü olan dövlətlərin nümayəndə heyətləri arasında müntəzəm əlaqələrin BMT-nin Baş Məclisinin 64-cü sessiyası dövründə də davam etdirilməsi haqqında razılıq əldə edilib.

Digər xəbərlər