PDF Oxu

Əsas

  • 14

Azərbaycanda turizm infrastrukturu genişlənir

Azərbaycanda turizm infrastrukturu genişlənir
Respublikamızda turizm infrastrukturunun genişlənməsi və yeni mədəni-turizm marşrutlarının yaradılması dövründə xidmət sahəsində çalışanların peşəkarlığının artırılması xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın iqtisadi potensialının və coğrafi cazibədarlığının daxili turizmin inkişafında mühüm rol oynamasına baxmayaraq, bu iki amil mövcud sahənin sürətli inkişafına və böyük gəlirlərin olmasına kifayət etmir. Milli turizm potensialının beynəlxalq aləmdə tanınmasına nail olmaq üçün xidmət sahəsində çalışanların peşəkarlığının artırılması, o cümlədən, turizm yönümlü müəssisələr üçün milli kadrların hazırlanması məsələləri mühüm rol oynayır. Bu kontekstdə turizm təhsilinin dəstəklənməsi xüsusi çəkiyə malikdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi sözügedən istiqamətdə əməli addımlar atmaqdadır. Nazirliyin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, aparılmış danışıqlar və tədqiqatlar nəticəsində Braşov şəhərində yerləşən Rumıniyanın ən qədim və ən çox tələbəsi olan məktəblərindən olan "Andrei Barseanu" İqtisadi Kollecinin Mingəçevir Turizm Kolleci ilə əməkdaşlıq əlaqələrinin yaradılması imkanı əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasının Protokolunun 3.6.-cı bəndinə əsasən Mingəçevir Turizm Kolleci ilə Rumıniyanın Braşov şəhərində yerləşən "Andrei Barseanu" İqtisadi Kolleci arasında əməkdaşlıq əlaqələrinin yaradılması nəzərdə tutulmuşdur.

Digər xəbərlər