PDF Oxu

Əsas

  • 18

Mehriban Əliyeva “Qızıl Nailiyyət” medalı ilə təltif olunub

Mehriban Əliyeva “Qızıl Nailiyyət” medalı ilə təltif olunub
Dünən Qadın Jurnalistlər Assosiyasiyası "Azərbaycan Jurnalist Qadınların I Ümumrespublika Formu"u münasibəti ilə təsis etdiyi "Qızıl Nailiyyət" medalı, "Ləyaqət" medalı və "İnam" diplomlarının təqdimat mərasimini keçirib. Assosiasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, mərasimdə jurnalistika sahəsində xidmətləri olan qadınlar, millət vəkilləri və elm adamları iştirak ediblər.
Tədbirdə ölümündən sonra Azərbaycanın şəhid jurnalisti Salatın Əsgərova və "Azərbaycan Qadını" jurnalının baş redaktoru Fatma Abdullazadə ləyaqət medalına layiq görülüblər. Mərasimdə 12 nəfər "İnam" diplomu ilə, 3 nəfər isə fəxri fərmanlarla təltif olunublar.
Qeyd edək ki, tədbirin sonunda Heydər Əliyev fondunun prezidenti Azərbaycan Jurnalist Qadınların I Ümumrespublika Formunun təşkilat komitəsi tərəfindən "Qızıl Nailiyyət" medalı ilə təltif olunub. Bu münasibətlə millət vəkili Qənirə Paşayeva, Mehriban Əliyevanın adından formun təşkilatçılarına və Qadın Jurnalistlər Assosiyasiyasının sədri Sevil Yusifovaya minətdarlığını bildirib.

Digər xəbərlər