15 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanın ən şərəfli tarixini yazdı. Ümummilli lider xalqımıza ən çətin vaxtlarında dayaq oldu və milləti böyük çətinlikdən qurtardı. Pedaqoji Universitetin ziyalıları 15 İyun Qurtuluş Gününü Azərbaycan xalqının tarixinə yazılmış ən yeni səhifə kimi qiymətləndirdilər.
Vilayət Əliyev,
APU-nun professoru, YAP-ın Siyasi Şurasının üzvü:
- 15 iyun 1993-cü il Azəbaycan tarixində açılmış yeni bir səhifədir. Bu, ən parlaq tariximizdir. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan dövlətçiliyinin tarixini yazdı. Ölkəmizi, xalqımızı təhlükələrdən xilas etdi. Ümummilli lider bütün ömrü boyu Azərbaycana, xalqa, dövlətçiliyimizə sədaqət nümayiş etdirdi. Azərbaycanı siyasi, iqtisadi, mədəni cəhətdən nümunəvi bir dövlətə çevirdi. Ölkəmiz dahi şəxsiyyət Heydər Əliyevin bünövrəsini qoyduğu uğurlu islahatlar nəticəsində dayanmadan inkişaf edir. Məhz buna görə də, 15 iyun Azərbaycanın stabil dövlət kimi mövcudluğunun təməli olmuşdur. Bu təməl çox möhkəm olduğu üçün heç bir qüvvə müstəqilliyimizi sarsıda bilməzdi. Azərbaycanın bir dövlət kimi mövcud olmasına və xalqımızın təhlükələrdən xilasına görə hamımız xilaskarımız olan Heydər Əliyevə borclu və minnətdarıq.
Himalay Qasımov,
APU-nun Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasının dekanı:
- 15 İyun Qurtuluş Gününün Azərbaycan xalqının tarixində çox önəmli rolu var. Çünki həmin tarixdə ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirmişdir. Ümumiyyətlə, ulu öndərimiz bu xalqa Tanrı tərəfindən göndərilən xilaskardır. Millətimiz hər zaman Heydər Əliyev məhəbbəti ilə yaşayıb və yaşayacaq. 1993-cü ildə hamı yaxşı bilirdi ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı müsbət mənada və yüksək səviyyədə həyatımızı dəyəşəcək. Xalqın xilaskarı Heydər Əliyev hər zaman xalqın yanında olub. Dahi öndər Azərbaycanı fəlakətlərdən xilas etdikdən sonra ölkəmiz günü-gündən inkişaf etdi. Ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində bütün dünya Azərbaycanı tanıdı. Onun uğurlu siyasəti vətəndaşların rifahının yüksəlməsinə, ölkəmizin çiçəklənməsinə səbəb oldu. Həmin çətin vaxtlarda yalnız dahi öndərimiz Heydər Əliyevin gücü, siyasi iradəsi çatırdı ki, Azərbaycanı xilas etsin və ulu öndər bütün gücündən istifadə edərək ölkəmizi xilas etdi.
Allahverdi Hacıyev, APU-nun pedaqogika və psixologiya fakültəsinin dekanı:
- 15 iyun Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir gündür. Həmin o qızıl hərflər zəmanəmizin böyük şəxsiyyəti Heydər Əliyev tərəfindən yazılıb və tariximizə həkk olunub. Milli Qurtuluş Günündə xalqımız ən xoşbəxt anlarını yaşamışdılar. Çünki ona qədər Azərbaycan xalqının tarixində qaranlıq səhifələr vardı və belə bir dövrdə ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı, bu qaranlıq və bəlalı günlərdən bizi xilas etdi. Hələ ümummilli lider hakimiyyətə qayıtmamışdan əvvəl respublika böhran içində idi və bu böhran Azərbaycanı bir dövlət kimi məhvə doğru sürükləyirdi. Lakin tarixi şəxsiyyət, dahi siyasətçi Heydər Əliyev öz uzaqgörənliyi, siyasi bacarığı, səriştəsi ilə ölkəmizi bütün dünya ölkərində qüdrətli bir dövlət kimi tanıtdı. Xalq öz çətin vaxtında ən əziz oğlunu köməyə çağırdı və Heydər Əliyev bu çağırışa cavab verib, hakimiyyətə qayıtdı və xalqın xilaskarına çevrildi.