PDF Oxu

Əsas

  • 15

Araz Ağalarova İtaliyanın ali mükafatı təqdim edilib

Araz Ağalarova İtaliyanın ali mükafatı təqdim edilib
Tanınmış Rusiya biznesmeni, Crocus Grupun prezidenti Araz Ağalarov İtaliyanın ali mükafatı ilə təltif olunub. İtaliyanın Rusiyadakı səfiri Klaudio Vittorio Surdo öz iqamətgahında ölkəsinin ali mükafatını - "İtaliya Respublikası qarşısında xidmətlərə görə" Ordenini Araz Ağalarova təqdim edib. Araz Ağalarov bu mükafata Rusiya ilə İtaliya arasında iqtisadi münasibətlərə əhəmiyyətli töhfələr verdiyi üçün layiq görülüb.
Orden şurasının başçısı İtaliya Prezidentidir. Müxtəlif illərdə həmin mükafata Rusiyanın birinci Prezidenti Boris Yeltsin, biznesmen Vahid Ələkbərov, rejissor Nikita Mixalkov və başqaları layiq görülüb.
İtaliya səfiri mükafatı təqdim edərək iki ölkə arasında münasibətlərin möhkəmlənməsində həmvətənimizin xüsusi rolunu vurğulayıb. Səfirə minnətdarlığını bildirən A.Ağalarov deyib ki, İtaliya şirkətləri ilə işlədiyi 20 il ərzində tərəflər arasında heç bir narazılıq olmayıb və görünür, o, "komandor" adına davamlı tarixi olan bu nadir münasibətlər sayəsində layiq görülüb. Təntənəli mərasimdə A.Ağalarovun ailə üzvləri, o cümlədən gəlini Leyla Əliyeva, Rusiya hökumətinin nümayəndələri, deputatlar, mədəniyyət və incəsənət xadimləri, biznesmenlər iştirak ediblər.

Digər xəbərlər