PDF Oxu

Əsas

  • 10

Minskdə MDB və Baltikyanı ölkələrin Dəmiryolu Nəqliyyatı Şurasının 50-ci toplantısı keçiriləcək

Minskdə MDB və Baltikyanı ölkələrin Dəmiryolu Nəqliyyatı Şurasının 50-ci toplantısı keçiriləcək
May ayının 21-22-də MDB və Baltikyanı ölkələrin Dəmiryolu Nəqliyyatı Şurasının 50-ci toplantısı Minsk şəhərində keçiriləcək. Bu barədə məlumatı "Səs" qəzetinə Dəmiryolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov verib.
Onun sözlərinə görə, yığıncaqda şuranın 49-cu iclasının qərarlarının yerinə yetirilməsi, 2008-ci ildə konteynerlərin siyahıya alınması və 2009-cu il üçün yük vaqonlarının qabaqcadan siyahıya alınmasının yekunları haqqında, MDB dövlətlərinə, Latviya, Litva və Estoniya Respublikalarının dəmir yolu administrasiyalarına məxsus konteynerlərin zədələnməsi üzrə məsuliyyət Qaydalarına dəyişikliklərin və əlavələrin edilməsi və təmir məbləğinin ödənilməsi haqqında, 2009-cu il üçün "Fəxri dəmiryolçu" döş nişanının bölgüsü haqqında, dəmir yolu nəqliyyatı Şurasının Fəxri fərmanla təltif edilməsi haqqında, dəmir yolu nəqliyyatı Şurasının 51-ci iclasının keçirilmə yeri, tarixi və gündəliyi və s. haqqında məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, tədbirdə Azərbaycan Dövlət Dəmiryolunun nümayəndə heyəti də iştirak edəcək.

Digər xəbərlər