PDF Oxu

Əsas

  • 18

Ənənəyə çevrilən yaşıllaşdırma aksiyası

Ənənəyə çevrilən yaşıllaşdırma aksiyası
Yeni Azərbaycan Partiyası ümummilli liderimiz, müasir müstəqil Azərbaycan dövlətinin, həmçinin, YAP-ın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 86 illiyi ilə əlaqədar Bakı şəhərinin Bayıl yamacında yaşıllaşdırma kampaniyası çərçivəsində iməcilik keçirilib. Aksiyada YAP İcra katibi, millət vəkili Əli Əhmədov, YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvləri, millət vəkilləri və sadə vətəndaşlar iştirak ediblər. Partiyanın Bakı şəhər fəalları iməcilik günü 5 minədək həmişəyaşıl ağac əkiblər.
YAP Sədrinin müavini, millət vəkili Əli Əhmədov bu tədbirin ulu öndər Heydər Əliyevin anadan olmasının 86 illiyi ilə bağlı Yeni Azərbaycan Partiyası tərəfindən hazırlanmış geniş tədbirlər planına əsasən keçirildiyini vurğuladı. Bir neçə il əvvəl ərazidə baş vermiş torpaq sürüşməsini xatırladan Ə.Əhmədov, onu da vurğuladı ki, hələ o zaman YAP-ın təşəbbüsü ilə burada çoxlu ağac əkildi və hər il bu təşəbbüs nəticəsində ərazi tam yaşıl dona bürünüb.
Ə.Əhmədov keçirilən iməcilik barədə məlumat verərək bildirdi ki, İcra Katibliyinin çağırışına YAP-ın Bakı şəhəri fəalları həvəslə qoşulublar. YAP İcra katibi ərazidə yeni ağacların əkildiyini, yaşıllıqlara qulluq göstərildiyini, həmçinin, təmizlik işləri aparıldığını, yaşıllaşdırma kampaniyasının mayın sonunadək davam edəcəyini də dedi.
YAP-ın Sədr müavini qeyd edərək bildirdi ki, bu iməcilik həm partiya üzvlərinin ümummilli liderimiz Heydər Əliyevə dərin məhəbbətini, həm YAP daxilində möhkəm nizam-intizamın mövcudluğunu, həm də Bakı şəhərinin abadlaşdırılmasında onların fəal iştirakını təsdiq edir.
Ə.Əhmədov müasir müstəqil Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin anadan olmasının 86 illiyi ilə əlaqədar partiya tərəfindən çoxsaylı tədbirlərin hazırlandığını bildirdi. O dedi ki, həm paytaxtda, həm rayonlarda, həm də Azərbaycanın xarici ölkələrdəki səfirlik və nümayəndəliklərində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub: "Ümummilli liderin dövlətçilik fəaliyyətinə həsr olunmuş və artıq ənənə şəklini almış konfransın keçirilməsi, xüsusi məcmuənin hazırlanması, partiyanın Gənclər Birliyinin xətti ilə təşkil edilmiş idman yarışları bu tədbirlər sırasına daxildir. Bundan əlavə, tədbirlər çərçivəsində Heydər Əliyev irsinin öyrənilməsi və onun gənclər arasında təbliği ilə bağlı kitabların təqdimatı da olacaqdır. Ulu öndərin doğum günü onun adına layiq səviyyədə qeyd olunacaqdır".
YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov ulu öndər Heydər Əliyevin tarixi şəxsiyyət olduğunu bildirdi: "Tarixi şəxsiyyət olan ümummilli liderimiz Heydər Əliyev daim insanların qəlbində yaşayır və yaşayacaq. Ulu öndərin Azərbaycan üçün, xalqımız üçün gördüyü işlər unudulmayacaq. Ulu öndər özü öz yolunu bəyan etmişdi. O deyirdi ki, bizim yolumuz haqq yolu, demokratiya yoludur. Biz nə qədər uzağa getsək də, onun varlığını, böyüklüyünü daha çox hiss edəcəyik". Bu gün ulu öndərimiz Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin vətənimiz üçün gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir və həmişə Onun apardığı siyasətə dəstək olacağını bildirir. Bütövlükdə, Azərbaycan təbiətinin qorunmasında, xüsusilə, Bakı şəhərinin yaşıllaşdırılmasında ümummilli liderin müstəsna xidmətləri var. Təbii ki, ulu öndərin tövsiyələrinə əməl edən, Onun yaratdığı partiyanın hər bir üzvü yaşıllaşdırma işinə xüsusi önəm verir. Artıq ənənəvi olaraq bir neçə ildir ki, YAP tərəfindən Bakı şəhərinin müxtəlif guşələrində, o cümlədən də, Bayıl yamacı adlandırılan bu ərazidə aparılan yaşıllaşdırma kampaniyasına insanların böyük həvəslə qoşulması ümummilli liderimiz Heydər Əliyevə olan məhəbətdən irəli gəlir.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ulu öndərimiz Heydər Əliyevin 86 illik yubileyi ilə bağlı yaşıllaşdırma aksiyasının bundan sonra davam edəcəyini bildirdi: "Ümummilli liderimiz Heydər Əliyevin "Hərəyə bir ağac əkək" tarixi kəlamı cəmiyyətdə bir devizə çevrilib. Bu gün İcra Katibliyi tərəfindən irəli sürülən bu çağırışa nəinki YAP üzvləri, eyni zamanda, əqidəsindən asılı olmayan sıravi insanlar da bu yaşıllaşdırma aksiyasına həvəslə qoşulublar. Bu insanların ulu öndər Heydər Əliyevə olan məhəbbətindən, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinə böyük inamlarından irəli gəlir. Bu gün biz Heydər Əliyevin müəyyənləşdirdiyi bir yolla gedirik. Bu yol da mütləq Heydər Əliyevin düşündüyü xalqın istək və arzularına uyğun müəyyənləşdirdiyi məqsədlərin reallaşması yoludur. Artıq bu yolu ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir.
- Müasir Azərbaycan dövlətinin yaradıcısı ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı keçirilən tədbirlərə partiya üzvləri böyük həvəslə qoşulur, partiyanın çağırışı ilə bu kampaniyada iştirak edir. Bununla onlar həm ulu öndər Heydər Əliyevə olan dərin hörmət və ehtiramlarını, partiyanın nizam-intizamını, digər tərəfdən isə şəhərimizin gözəlləşdirilməsi, abadlaşdırılması işində fəal iştiraklarını nümayiş etdirirlər. Azərbaycanın gözəlliklər diyarına çevrilməsi üçün YAP öz töhfəsini verməyə hər zaman hazırdır. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP Onun bütün ideyalarını və prinsiplərini qəbul etmiş partiya olaraq hər bir tapşırığına, o cümlədən, yaşıllığın qorunmasına əməl edir. Ümumxalq partiyasına çevrilən YAP, bu kimi təşəbbüslərin daimi ardıcılları olaraq, bu aksiyada iştirak etməyi özünə mənəvi borc, şərəf bilib. Hakim partiya respublikanın gözəlləşməsi, yaşıllaşması üçün səylər göstərir.
Qeyd edək ki, yaşıllaşdırma kampaniyasında 5 min ədəd ağac tingləri, gül kolları və s. əkilib. Əkilən ağaclardan daha çox "dəmir ağacı", "Eldar şamı" və "yapon əzgili" üstünlük təşkil edib. Gül kolu kimi isə daha çox "Suriya gülü" əkilib.
"İnsanın həyatının mahiyyətini təşkil edən onun xalqına olan məhəbbəti, sadiqliyi, ona xidmət etməsidir. Bundan artıq heç nə ola bilməz. Ən böyük təsiredici keyfiyyət, insanı insan edən, düşünən insan səviyyəsinə yüksəldən məhz bu fikirləridir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının (SŞ) üzvü, AMEA-nın müxbir üzvü, professor Südeyif İmamverdiyev səsləndirib. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev ilk növbədə xalqına, gənclərimizə xalqını sevə-sevə yaşamağı aşılayırdı. Dahi liderin xalqını azərbaycanlı olaraq məğrur, iftixarla yaşamağa çağırdığını deyən S.İmamverdiyin sözlərinə görə, ulu öndərin bütün fikirləri, bütün hərəkətləri xalqa məhəbbətlə zəngin idi. "O, Azərbaycan xalqının ruhunu yüksəltdi. Ona görə də mən düşünürəm ki, xalqımız yaşadıqca ulu öndəri heç vaxt unutmayacaq. Heydər Əliyev Azəbaycan xalqını məğrur, hər bir işə qadir görmək istəyirdi. Ona görə də hər bir azərbaycanlı əgər bir sahədə nailiyyət əldə edirdisə, Heydər Əliyev onu sevə-sevə danışırdı, təbliğ edirdi. O adamlara hədsiz məhəbbətini göstərirdi. Mən düşünürəm ki, onun fəaliyyətinin əsas mahiyyəti də budur", - deyə SŞ üzvü vurğulayıb.
"Heydər Əliyev tarixi bir şəxsiyyətdir. Tarixi şəxsiyyətlər daim insanların qəlbində yaşayırlar". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, Yeni Azərbyacan Partiyasının (YAP) üzvü Əhəd Abıyev səsləndirib. Uzun illər ümummilli lider Heydər Əliyevlə təmasda olan millət vəkili bildirib ki, ulu öndərin Azərbaycan üçün, xalqımız üçün gördüyü işlər unudulmayacaq. "Ulu öndər özü öz yolunu bəyan etmişdi. O, deyirdi ki, bizim yolumuz haqq yolu, demokratiya yoludur. Biz nə qədər uzağa getsək də, onun varlığını, böyüklüyünü daha çox hiss edəcəyik", - deyə Ə.Abıyev vurğulayıb.
Deputatın sözlərinə görə, biz hamımız bir nöqtəyə vuraraq milli liderin ideyalarını davam etdirməliyik. "Men prezident seçkisi zamanı və referendum kampaniyası dövründə Azərbaycanı qarış-qarış gəzdim. Biz bütün gorüşlərdə insanların bir nəfər kimi ulu öndər H.Əliyevin və onun layiqli davamçısı olan İlham Əliyevin vətənimiz üçün gördükləri işləri yüksək qiymətləndirdiyinin şahidi olduq", - deyən millət vəkili digər məsələlərə də münasibət bildirib.
Hazırda ölkədə müxalifətin heç bir gücü olmadığını deyən Ə.Abıyev bunun başlıca səbəbini onların sosial bazasının olmamasında görür. "Xalq onlara inanmır və onları dəstəkləmir. Bu gün görülən işlər, aparılan uğurlu daxili və xarici siyasət onu göstərir ki, Azərbaycanda bir daha heç vaxt qarşıdurma, anarxiya ola bilmıəz. Biz hamımız ulu öndərin ideyaları və onun ideyalarını həyata keçirən prezident İlham Əliyevin ətrafında sıx birləşmişik", - deyə o, vurğulayıb.

Digər xəbərlər