PDF Oxu

Əsas

  • 10

ADPU-da böyük elmi şuranın iclası keçirilib

ADPU-da böyük elmi şuranın iclası keçirilib
Dünən Azərbaycan Dövlət Pedaqoji Urniversitetinin Böyük Akt zalında ADPU-nun böyük elmi şurasının genişlənmiş tərkibdə iclası keçirilmişdir. Tədbirdə təhsil naziri Misir Mərdanov da iştirak edirdi.
İclası giriş sözü ilə ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov açaraq ölkə rəhbərliyinin ali məktəblər qarşısında qoyduğu vəzifələrin ADPU-nun tərəfindən hansı səviyyədə yerinə yetirilməsi barədə iştirakçılara məlumat verdi. O, həmçinin, təhsilimizdəki inkişaf və problemlər haqqında da öz fikirlərini  diqqətə çatdırdı. O bildirdi ki, Azərbaycan təhsili inkişaf edir. Bu, Prezidentin və bütün təhsil orqanlarının diqqət mərkəzindədir. Davamlı inkişaf özünü müxtəlif məktəblərin tikilməsində, informasiya-kommunikasiya texnologiyası ilə təmin olunması sahəsində aparılan Dövlət Proqramı, təhsil sisteminə ayrılan vəsaitin ildən-ilə artırılmasında göstərir. Rektor bildirdi ki, bütün bunların fonunda ADPU-da da böyük nailiyyətlər əldə olunmuşdur. Bunlardan yeni yaradılan laboratoriyaları və kompüter mərkəzini, yeni yaradılan ixtisasları, yeni elmi araşdırmaları göstərmək olar. Y. Məmmədov dövlətin təhsilə qayğısından danışaraq bildirdi ki, bu ilin fevral ayında Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin yanında müşavirə keçirilib. Bu müşavirədə təhsil naziri Misir Mərdanov, həmçinin, bütün ali məktəblərin rektorları iştirak ediblər. Burada da təhsilimizin uğurlarından və müxtəlif sahələrdə rastlaşan neqativ hallardan bəhs edilib. Belə halların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.
Rektor ADPU-da da uğurlardan danışmaqla yanaşı, qış sessiyası zamanı müşahidə olunan neqativ halları da nəzərə çatdıraraq, bildirdi ki, belə halların aradan qaldırılması üçün müvafiq cəza tədbirləri görülüb. Hətta buna görə bəzi müəllimlərin də cəzalandırılaraq universitetdən xaric olunduğunu bildirdi.
Daha sonra söz qış imtahan sessiyasının yekunları və imtahan, kollokviumlar üçün tələb edilən testlərin keyfiyyətinə nəzarət komissiyasının yaradılması haqqında məruzə etməsi üçün ADPU-nun tədris işləri üzrə prorektoru, professor M.S. Cəbrayılova verildi. O, daha çox statistik məlumatları nəzərə çatdıraraq bildirdi ki, ADPU-da ilin əvvəlindən etibarən qış sessiyasına hazırlığa başlanıb. M.S. Cəbrayılov çıxışı zamanı bu sessiyada əsas məsələlərdən biri kimi kollokviumların kompüter vasitəsilə qəbul olunmasını diqqətə çatdırıb.

Digər xəbərlər