PDF Oxu

Əsas

  • 12

Xocalı soyqırımı qan yaddaşıdır

Xocalı soyqırımı qan yaddaşıdır

Məlum olduğu kimi, Xocalı soyqırımı hadisəsindən 17 il ötür. Bu faciə nəticəsində 613 nəfər şəhid olmuş, 487 nəfər şikəst edilmiş, 1275 nəfər dinc sakin - qocalar, qadınlar, uşaqlar əsir götürülərək, ağlasığmaz erməni rməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil.Xocalı faciəsi nəticəsində şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlardır. Şikəst olmuş şəxslərin 76 nəfəri yetkinlik dövrünə çatmış oğlan və qızlardır. Məsələyə münasibətlərini öyrəndiyimiz ölkə ictimaiyyətinin nümayəndələri 26 fevral - Xocalı faciəsini unudulmaz bir tarix olduğunu bidirdilər.

Rəşid Quliyev,
Bakı şəhər 7 saylı orta məktəb müəllimi:

- Xocalı soyqırımı Azərbaycan xalqının ən böyük faciəsidir. Xalqımız bu faciənin cavabını verməlidir, ermənilərdən intiqam almalıdır. Buna qadirdi də, çünki bizim güclü ordumuz var. Ancaq yenə bildirmək istəyirəm ki, bu faciə heç vaxt yaddaşlardan silinməyəcək. Mənfur ermənilər bütün dünyaya car çəkirlər ki, guya türklər, azərbaycanlılar onlara qarşı soyqırım törədib. Amma fakt budur ki, separatçı ermənilər xalqımıza qarşı zaman-zaman faciələr törədiblər. Bu cinayətlərinə görə, Ermənistan dövləti, ermənilər beynəlxalq məhkəməyə verilməlidirlər.

Zahir Qasımov,
Biləsuvar rayon sakini:

- Çox təəssüf ki, bizim ermənilər kimi mənfur qonşumuz var. Mənfur qonşularımız olan ermənilər hər zaman ərazimizə göz dikmiş, torpaqlarımızı işğal etmiş və xalqımıza qarşı amansız soyqırım törətmişlər. Soyuq bir qış günü onlarla azərbaycanlı həlak oldu, şikəst edildi və itkin düşdü. Ümumiyyətlə, ermənilər elə bir tayfadır ki, onlarda insan qanı yoxdur. Əgər belə olmasaydı, onlar günahsız insanlara qarşı belə bir vəhşilik törətməzdilər. Təbii ki, ermənilər bu vəhşiliklərinə görə həm Tanrı qarşısında, həm də haqq-ədalət qarşısında cavab verəcəklər.

Vüsalə Məmmədova,

ABU-nun 3-cü kurs tələbəsi, Göyçay rayon sakini:
-Bildiyimiz kimi, 26 fevral qanlı Xocalı faciəsindən 17 il ötür. Bu faciə heç zaman yaddaşlardan silinməyəcək. Yəni, Azərbaycan xalqı ermənilərin bu vəhşiliyini heç vaxt unutmayacaq. Çünki bu, XX əsrin ən böyük faciəsidir. Belə ki, həmin tarixdə 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq isə hər iki valideynini, 100-dən artıq uşaq valideynlərindən birini itirib. 56 nəfər qəddarlıq və amansızlıqla qətlə yetirilib. Bunlar faktdır. Heç kəsin unuda bilməyəcəyi tarix. Vaxt gələcək ermənilər bu soyqırıma görə cavab verəcəklər. Çünki nahaq qan heç vaxt yerdə qalmır.

Əlimuxtar Rzayev,
Təqaüdçü:

- Təbii ki, xalqımız 26 fevral faciəsini heç zaman yaddan çıxarmır və çıxarmayacaq da. Çünki bu, elə bir faciədir ki, bunu unutmaq özü günahdır. Bu, əsil erməni vəhşiliyidir, erməni terrorudur. Buna başqa ad vermək olmaz. Həm də deyərdim ki, bu faciə o zamankı hakimiyyətin səriştəsizliyi üzündən baş verdi. Çünki o dövr hakimiyyət başında oturanlar yaxşı fəaliyyət göstərsəydilər, dövləti idarə edə bilsəydilər, belə bir faciə də baş verməzdi. Bu gün torpaqlarımızın 20 faizinin işğal altında olması da həmin səriştəsiz idarəetmənin nəticəsidir. Mən bir daha Xocalı faciəsində amansızcasına ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlılara Allahdan rəhmət diləyirəm. Arzu edirəm ki, xalqımızın başına bir də belə dəhşətli faciələr gəlməsin.

Turanə Məcidova,
Azərbaycan Texniki Universitetinin 2-ci kurs tələbəsi:

- Xalqımız əsrlər boyu erməni təcavüzünə, erməni vəhşiliyinə məruz qalıb. Yəni onlar heç zaman düşmənçiliklərindən əl çəkməyiblər. Ermənilərin əsas məqsədi azərbaycanlıları, türkləri yer üzündən silmək və torpaqlarımıza sahib çıxmaqdır. Lakin ermənilər bu niyyətlərinə heç zaman çata bilməyəcəklər. Baxmayaraq ki, onlar 20 faiz torpaqlarımızı işğal edib, Xocalı soyqırımı kimi xalqımıza qarşı amansız qırğın törədiblər. Xocalı faciəsi nəinki xalqımızın, bütövlükdə bəşəriyyətin ən böyük faciəsidir. Ermənilər bu qeyri-insani hərəkətləri ilə bir daha nəyə qadir olduqlarını sübut etdilər. Mən bir ölkə gənci kimi hesab edirəm ki, artıq dünya ictimaiyyəti də bu faciəni dərk etməli və ermənilər öz layiqli cəzalarına çatmalıdırlar. Azərbaycanda isə bu faciəyə ulu öndər Heydər Əliyevin dövründə hüquqi-siyasi qiymət verilib. Bir daha qeyd edirəm ki, bu faciə heç zaman yaddan çıxmayacaq.

Nərminə Verdiyeva,
Bakı şəhər sakini:

- 26 fevral xalqımızın qanlı yaddaşıdır. XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə vəhşiliklər edilib. Ancaq Xocalı faciəsi əsil soyqırım hadisəsidir. Bu gün həm xalqımız, həm də dövlətimiz bu faciəni unutmur. Belə ki, Bakı şəhərində soyqırımın ildönümü ilə əlaqədar tədbirlər keçirilir.
Bu da, onu göstərir ki, Azərbaycan ictimaiyyəti Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq da.

Digər xəbərlər