PDF Oxu

Əsas

  • 11

Xocalı soyqırımını törədən ermənilər

Xocalı soyqırımını törədən ermənilər
Xocalı qətliamının 17-ci ildönümündə ermənilər Araz çayını zəhərli maddələrlə çirkləndirir və bununla da 17 il əvvəl törətdikləri qətliamı indi ekoloji miqyasda davam etdirirlər.
Qadınları və bələkdəki uşaqları diri-diri yandıran erməni faşistləri, atəşkəsə baxmayaraq ekologiyamızı da məhv etməyə can atır. Özü də ATƏT-in, AŞPA-nın, Avropa Birliyinin gözü qarşısında. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevral ayının ikinci ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir. Fevral ayının ikinci ongünlüyündə Kür çayında suyun sərfi birinci ongünlüyə nisbətən artmışdır.
Nazirliyin məlumatına əsasən, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenol 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olmuşdur.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Belə ki, suyun əsas çirkləndiricilərindən olan fenollar Horadiz məntəqəsində 3, birinci Şahsevən və Bəhramtəpə məntəqələrində 2 dəfə, mis birləşmələri isə Horadiz məntəqəsində 4, Bəhramtəpədə 2, birinci Şahsevəndə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Həmin məntəqələrdə neft məhsullarının miqdarı norma daxilində olmuşdur. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.98-9.4 mq/l arasında dəyişərək sanitar norma daxilində olmuşdur.

Digər xəbərlər