PDF Oxu

Əsas

  • 8

Böyük Britaniya şirkəti xam neftin ixracında iştirak edəcək

Böyük Britaniya şirkəti xam neftin ixracında iştirak edəcək
ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələrində təhlükəsizlik tədbirlərinə ciddi diqqət yetirilir. Dövlət Neft Şirkətinin məlumatına əsasən, hazırda 41 bağçanın hər birinin elektrik təchizatı yenidən qurulur, mətbəxlərdəki qaz sobaları müasir sənaye tipli elektrik sobaları ilə əvəzlənir. Ümumilikdə 60 mətbəx sobasının, 35 su qızdırıcısının quraşdırılması və 65 yağ radiatorunun alınması nəzərdə tutulub. Bununla yanaşı, məktəbəqədər tərbiyə müəssisələrindəki elektrik lövhələri və naqillər dəyişdirilir. Bütün bu işlər yaxın vaxtlarda başa çatdırılacaqdır.
ARDNŞ-nin digər məlumatına əsasən, Supsa limanından Azeri Light markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edilib. Bundan başqa, fevralın 12-də ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Supsa limanından 600 min barrel həcmində Azeri Light markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Fevralın 16-da yekun vurulacaq sorğunun nəticələri növbəti gün elan olunacaq.
Xəbər verildiyi kimi, fevralın 10-da ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi martın 8-10-da Ceyhan limanından 1 milyon barrel həcmində Azeri Light markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Sorğunun nəticələrinə əsasən, Böyük Britaniyanın "Glencore Energy UK Ltd" şirkəti qalib gəlib.

Digər xəbərlər