PDF Oxu

Əsas

  • 11

Samuel Vims: “Bir çox erməni nasistin yəhudilərin həbs edilməsində və ölüm düşərgələrinə göndərilməsində əli olmuşdur”

Samuel Vims: “Bir çox erməni nasistin yəhudilərin həbs edilməsində və ölüm düşərgələrinə göndərilməsində əli olmuşdur”
Sözsüz ki, ermənilərin belə bir təxribata əl atması təsadüfi deyil. Tarix boyu azərbaycanlılarla yəhudilərin dostluq münasibətlərində olduğu hər kəsə məlumdur və təsadüfi deyil ki, Azərbaycan dünyada antisemitizmin mövcud olmadığı nadir ölkələrdən biridir. Digər tərəfdən, o da məlumdur ki, yəhudi lobbisi heç zaman Azərbaycandan dəstəyini əsirgəməyib. ABŞ Konqresində uydurma "erməni soyqırımı" barədə müzakirələr aparılarkən, "907-ci düzəliş"i ləğv edilərkən və digər məsələlərdə hər birimiz yəhudi lobbisinin dəstəyinin şahidi olmuşuq.
Əslində, tarixdən məlumdur ki, ermənilər yəhudilərə qarşı daim nifrət və paxıllıq hissləri ilə yaşayıblar. Hələ İkinci Dünya müharibəsində Hitler tərəfindən yəhudilərin kütləvi qırğınında ermənilər də xüsusi rol oynayıb. Bunu yəhudi əsilli amerikalı tədqiqatçı, "Ermənistan: böyük hiylə - terrorçu xristian dövlətin sirləri" adlı kitabın müəllifi Samuel Vims bir müddət əvvəlki müsahibəsində konkret faktlarla təsdiqləyib: "Çox az tanınmış bir tarixi fakt barədə danışmaq istəyirəm. Hal-hazırda ikinci kitabımı yazıram. Onun təxmini adı "Hitlerin erməni nasistləri"dir. 100.000-dən çox erməni 1935-ci ildən başlayaraq nasist ordusuna daxil olmuşdu. Bu ermənilər azadlıq və ədalətə qarşı döyüşə çıxmışdılar. Bir çox erməni nasistin, yəhudilərin həbs edilməsində və ölüm düşərgələrinə göndərilməsində əli olmuşdur. 1935-ci ildə ermənilər Berlindən radio proqramı yaymağa başladılar, bu proqram həftədə bir dəfə Ermənistana da yayımlanırdı. Proqramın adı "Ermənistan" idi. Proqram fəal surətdə Hitlerə, nasist ari və irqi təmiz ölkə ideyasına dəstək verirdi. Bu dövrdə bir neçə erməni qəzeti də Hitlerin və nasistlərin lehinə çıxış edirdi. Erməni rəhbərləri, ermənilərin xalis ari və təmiz irqə mənsub olduqlarını bəyan etməyi Hitler və nasistlərdən istəyirdilər. Ermənilər öz cinayətkar əməlləri ilə, heç də alman nasist tərəfdaşlarından geri qalmadılar. Belə ki, yaxın keçmişdə öz nasist əməllərini bir daha sübuta yetirən ermənilər, qanuni müsəlman sahiblərini öldürərək və ya qovaraq ermənilərə ruslar tərəfindən pay verilmiş, kiçicik bir dövlətdən bütün milli azlıqları qan bahasına qovdular. Artıq "ari" ermənidən başqa, heç kim bu kiçik terrorçu ölkədə yaşaya bilməz. Şükür etmək lazımdır ki, bu, "200 illik tarixi olan qondarma vətənin" ərazisində ermənilərin sayı 2 milyondan çox deyildir. Onların ərazisi və ya əhalisi Almaniyanın ərazisinə və ya əhalisinə bərabər olsaydı, onda bütün dünya məhvolma təhlükəsi qarşısında qalardı. Artıq neçə ildir ki, Azərbaycan, nasistlərin soyqırım dərslərini mənimsəmiş ermənilərin təcavüzünə məruz qalır. Onlar, fərqli düşüncə, müxtəlif əqidəyə mənsub insanları məhv etməkdə böyük təcrübəyə malikdirlər. Fikrimcə, bu yanaşma bütün insanlara qarşı bir cinayətdir. Nasistlərin yəhudilərə və ermənilərin, ümumilikdə, azərbaycanlılara qarşı törətdikləri soyqırımı müqayisə etsəniz, bilavasitə, əlaqəni görə biləcəksiniz".
Tədqiqatçı öz kitabında belə bir faktı da aşkara çıxarıb ki, ermənilər, xarici yardım dilənmək üçün saxta "soyqırım industriyasını" qurublar: "Təsəvvür edə bilməzsiniz ki, Ermənistana idxalda birinci yeri xarici yardım tutur. Eynilə də, dövlət tərəfindən maliyyələşdirilən terrorçuluq Ermənistanın birinci növbəli ixracıdır. Ermənilər dünyada birinci xristian dövlət olduqlarını bəyan edirlər. Lakin bu barədə nə qədər çox məlumat toplayıramsa da, bir o qədər də əmin oluram ki, ermənilərin dünyada ilk xristian dövləti olduqlarını bəyan etməsi və digər xristianların ürəyinə yol tapmaq üçün "xristian müsəlmana qarşı" kartını oynaması düzgün addım deyildir. Onların 1918-ci ildə törətdikləri dəhşətli əməllər qətiyyən bağışlana bilməz. Ermənilərin Allahın adı ilə törətdikləri əməllər, Allah tərəfindən heç vaxt qəbul olunmayacaqdır. Tarixi məlumatları vərəqlədikcə, hər bir düşüncəli insana aydın olur ki, ermənilər natəmiz insanlardırlar. Bu milləti şərh etmək üçün "saxta soyqırım sənayesi" termini tətbiq etdim. Ermənilər bu saxta soyqırım sənayesindən nə qazandılar? Onlar bütün Amerika Birləşmiş Ştatlarında, Kanada və Avropada "xristianlar- "dəhşətli" müsəlmanlara qarşı" kartını oynayırlar. Təəssüf ki, onlar bu işdə istədiklərinə müvəffəq ola biliblər".
Sözsüz ki, bütün bu və digər faktlar erməni vəhşiliyinin əsil simasını ortaya qoyur. Ən maraqlısı isə odur ki, bunları, məhz yəhudi əsilli alim etiraf edir.

Digər xəbərlər