PDF Oxu

Əsas

  • 10

“Abad kənd” təşəbbüs qrupu qeydə alınmadı

“Abad kənd” təşəbbüs qrupu qeydə alınmadı
Dünən Mərkəzi Seçki Komissiyasının keçirilən iclasında, "Tərəqqi" referendum üzrə təşəbbüs qrupunun referendum üzrə təşviqat qrupu kimi qeydə alınması ilə bağlı MSK katibi Natiq Məmmədov məlumat verdi. N.Məmmədov həmin qrupun MSK-ya təqdim etdiyi sənədlərin işçi qrupu tərəfindən yoxlanıldığını bildirdi: "63 seçki dairəsi ərazisindən 44 minə yaxın imza vərəqəsi təqdim edilib. Etibarlı imza vərəqələrinin sayı 41553, etibarsız imza vərəqlərinin sayı 2447, seçki hüququ olmayan vətəndaşlar tərəfindən imzalanan vərəqələrin sayı 30, müxtəlif şəxslər tərəfindən imzalanan vərəqələrin sayı isə 1588-ə qədər olub."

N.Məmmədov, həmçinin, onu da vurğuladı ki, "Tərəqqi" referendum üzrə təşəbbüs qrupu tərəfindən MSK-ya təqdim olunan sənədlərin qanunauyğun aparıldığı üçün təşviqat qrupu kimi qeydə alınması təklifini irəli sürdü.

İşçi qrupunun rəhbəri İlham Məmmədov da N.Məmmədovun irəli sürdüyü təklifə razı olduğunu və bu təklifin qəbul olunmasında heç bir qanun pozuntusu olmadığını vurğuladı. Beləliklə də, MSK üzvləri tərəfindən "Tərəqqi" referendum üzrə təşəbbüs qurupu referendum üzrə təşviqat qurupu kimi qeydə alınması təsdiqləndi. Gündəlikdə duran "Abad kənd" referendum üzrə təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınması məsələsi kimi MSK katibi N.Məmmədov məlumat verdi. MSK katibi N.Məmmədov təşəbbüs qrupunun təqdim etdiyi imza vərəqələri bağlı məlumat verərək "Abad kənd" qrupu quruma 43250 imza təqdim etdiyini bildirdi. Onlardan 38730-u etibarlı, 4541-i isə etibarsız hesab olunub.

Beləliklə də, MSK üzvləri də martın 18-də keçiriləcək referendumla bağlı yaradılan "Abad kənd" təşəbbüs qrupunu təşviqat qrupu kimi qeydə almaqdan imtina etdi. N.Məmmədov müraciətdə göstərilənlərin araşdırıldığını, yalnız bir faktın öz təsdiqini tapdığını, digərlərinin isə əsassız hesab olunduğunu vurğuladı: "Respublikaçılar" təşəbbüs qrupunun Xudat şəhərində imza toplayan nümayəndəsi şəhər sakini Mehman İsmayılova yaxınlaşaraq ondan imza istəyib. Bunun cavabında isə M.İsmayılov imza vərəqələrini cırdığı üçün tərəflər arasında mübahisə yaranıb." N.Məmmədov M.İsmayılovun İnzibati Xətalar Məcəlləsinin 396 maddəsi ilə məsuliyyətə cəlb olunduğunu bildirdi.

Həmçinin, MSK-nın növbəti iclasında cari məsələlər də müzakirə edilib.

Digər xəbərlər