PDF Oxu

Əsas

  • 11

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təbiəti

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təbiəti

(II hissə)

Əgər faktları araşdırsaq Azərbaycan Respublikasında 1982-ci ilin noyabr ayından 1993-cü ilin ortalarına qədər ölkə daxilində fundamental işlər aparılmamış, təbiətin mühafizəsinə dair verilən qərarlar yalnız deklarativ xarakter daşımışdır. Ölkənin daxili və xarici siyasətindəki böhranlı vəziyyəti görən Azərbaycanın o zamankı dövlət başçıları Heydər Əliyevi rəsmən Naxçıvandan Bakıya dəvət etdilər və o 15 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 24 iyun 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əlirza oğlu Əliyevə verildi. 3 oktyabr 1993-cü ildə isə H.Ə. Əliyev yekdilliklə ümumxalq səsverməsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli lider H.Ə. Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda baş alıb gedən özbaşınalıq, xüsusən hərbi sistemdəki qarşıdurmalar, incə siyasətlə yüksək səviyyədə həll edildi. H.Ə.Əliyevin siyasi təcrübəsi və qətiyyəti nəticəsində hakimiyyət böhranı, vətəndaş müharibəsi, ölkənin parçalanması və müstəqilliyin itirilməsi təhlükəsi tam aradan qaldırıldı. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin müstəsna dərəcədə əhəmiyyət daşıyan ikinci dövrü başlandı. Müharibədə atəşkəsə nail olunması və dövlət çevrilişlərinə cəhdlərin qarşısının alınması ölkədə ictimai - siyasi sabitliyin yaranmasına imkan verdi. Xalq və Prezidentin birliyi ölkədə irimiqyaslı müqavilələrin bağlanılmasına, iqtisadi durumun yüksəlməsinə şərait yaratdı.

Təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair qəbul edilmiş qanun və qərarlar müstəqillik bərpa edildikdən sonra yenidən baxılmağa və bir sıra yeni qanunların qəbul edilməsinə, həmçinin Beynəlxalq konvensiyalara qoşulmağa başlanıldı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 1998-ci il tarixli 26 № li qərarında ‘’Yabanı dərman bitkiləri xammalının yığılması və xüsusi razılığın (lisenzimya) verilməsi qaydaları’’ təsdiq edilmişdir. Bu qərar dərman bitkilərinin toplanılmasına nəzarətlə bərabər, böyük iqtisadi əhəmiyyət də daşımışdır. 03 mart 1998-ci il tarixdə "Azərbaycan Respublikasının Meşə Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. 4 iyun 1999-cu il tarixdə ‘’Heyvanlar aləmi haqqında’’ Azərbaycan Respumblikasının Qanunu təsdiq edildi. Qərarda digər müsbət cəhətlərlə yanaşı qorunan heyvanların sayının artırılması və istifadə həddinə çatdırılması qarşıya son məqsəd kimi qoyulmuşdur. ‘’Ətraf mühitin mühafizəsi haqqında’’ 8 iyun 1999-cu ildə qəbul edilmiş Azərbaycan Respublikasının Qanununda təbiətin bütün sahəmlərinin, o cümlədən biomüxtəlifliyin, bitki və heyvanlar aləminin qorunmması məsələlərinə də ciddi fikir verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu qaydalarının təsdiq edilməsi haqqında" 24 sentyabr 1999 - cu il tarixli 152 № li qərarı, sonra isə "Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə qaydalarının təsdiq edilməsi haqqında" 8 may 2000-ci il tarixli 82 № li qərarı təsdiq edildi. ‘’Naxçıvan MR-in balıqçılıq təsərrüfatı birliyinin fəaliyyəti və onun işinin yaxşılaşdırılması yolları haq-qında’’ Naxçıvan MR Ali Məclisinin 6 iyun 2000 - ci il tarixli qərarında balıqçılıq təsər-rüfatında ciddi dönüşün yaradılması nəzərdə tutulmmuşdur. Bu ərəfədə Muxtar Respublikada Araz dəryaçayında balıqçılıq təsərrüfatı yaradıldı. Qeyd etmək lazımdır ki, balıqçılıq təsərrüfatı indi də əhalinin balıq məhsullarına olan təlabatının ödənilməsində nəzərəçarpacaq dərəcədə yaxşılaşdırmışdır.
Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2000-ci il tarixli 366 №-li fərmanı ilə ‘’Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında’’ fərman imzalanmışdır. Azərbaycan Respublikası Nazirmlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 2 №-li qərarı ilə bu fərmandan irəli gələn məsələlərin yerinə yetirilməsi istiqamətləri göstərilmişdir.
Azərbaycan Respublikasında, o cümlədən də Naxçıvan MR-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Muxtar Respublikanın Ali Məclisi Sədrinin 25 may 2001-ci il tarixli 17-II-FR nömrəli fərmanı ilə Naxçıvan MR-də bu nazirlik təsis edilmiş, 01 oktyabr 2001-ci il tarixli fərmanı ilə isə nazirlik haqqında hazırlanmış əsasnamə təsdiq edilmişdir.
‘’Azərbaycan Respublikasının Dövlət Təbiət və Biosfer Qoruqlarının ümumi əsasnaməsi’’ hazırlanılmış və Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikanın xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi, dövlət qoruqlarının genişləndirilməsi, yeni qoruqlar və milli parklar yaradılması istiqamətində xüsusi Komissiya və işçi qrup yaradılmışdır. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçi qrupunun təkliflərini nəzərə alaraq Biçənək meşəsi ilə birgə Batabat zonası və ona yaxın ərazilərdə Şahbuz Dövlət Təbiət Qoruğu formalaşdırılmışdır. Ordubad yasaqlığının yüksək dağlıq ərazilərinin Ordubad Milli Parkına daxil edilməsi, qalan ərazisinin isə yasaqlıq kimi qalması məqsədəuyğun hesab edilmişdir. Torpaq Komitəsi ilə birgə bu ərazilərin xəritələri tərtib edilmişdir. Ordubad Milli Parkı ərazisinə Göy-göl, Gəmiqaya, Kərkab, Kilit mağarası kimi möhtəşəm təbiət abidələri də daxil olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması, Respublikanın xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə Şahbuz Dövlət Təbiət Qoruğunun (3139 ha) və akademik Həsən Əliyev adına Ordubad Milli Parkının (12131 ha) yaradılması haqqında 16 iyun 2003-cü il tarixdə sərəncam imzalamışdır. Ordubad yasaqlığı ərazisi üçün isə 27869 ha sahə nəzərdə tutulmuşdur. Qafqaz ekoregionu Yer kürəsində maraqlı landşaft qurşaqlarına malik və sahəsi təqribən 580000 km2 olan ərazilərdən biridir. Şərq və qərb tərəfdən dənizlərlə əhatələnməsi, Böyük və Kiçik Qafqaz dağlarına, iri sulu çaylara malik olması regiona cənubla şimal arasında heyvan və bitkilərin miqrasiya körpüsü rolunu oynamasına imkan vermişdir. Qafqaz ekoregionu inzibati cəhətdən şimaldan Rusiya Federasiyası, cənub tərəfdən Türkiyənin şimali - şərq və İranın isə şimali - qərb hissələri ilə sərhədlənir. Qafqaz ekoregionunda 47 qoruq, 22 Milli Park və 160 yasaqlıq və ya təbiət parkları fəaliyyət göstərir ki, onlar da ümumilikdə regionun təqribən 9,5 %-ni əhatə edir. Azərbaycan Respublikası üzrə bu göstərici 10 % -ə qədər, o cümlədən Naxçıvan MR üzrə isə ərazinin 27% -ni təşkil edir.
Heydər Əliyevin rəhbərliyi ilə bir çox Beynəlxalq konvensiyalar ratifikasiya olunmuşdur.
Bu gün Ulu öndərin yolunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkəldə Heydər Əliyev siyasəti davam etdirilməlidir" İlham Əliyev göstərir: "Azərbaycanda elə bir sahə yoxdur ki, sürətli inkişaf etməsin... bunula bərabər təbii ki, sürətli inkişaf istər - istəməz ətraf mühitə təsir göstərə bilir. Məhz buna görə də biz çalışırıq ki, öz ekoloji tədbirlərimizi geniş konteksdə həyata keçirək". "Ekologiyanın qorunması xalqımızın sağlamlığının, Milli genefondumuzun qorunması deməkdir".
Respublikamızda aparılan genişmiqyaslı tədbirlər ekologiyaya birbaşa və ya dolayısı ilə aid olub, ətraf mühitin dayanıqlığına, eyni zamanda əhalinin maddi rifah halının yaxşılaşdırılmasına və sağlamlığının qorunmasına yönəldilmişdir.
Naxçıvan Muxtar Respublikasında da Heydər Əliyevin ideyaları Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Belə ki, vaxtı ilə Heydər Əliyev tərəfindən keçirilməsi irəli sürülən 15 Mart - 15 aprel "Yaşıllaşdırma aylığı", artıq hər il yeni istiqamətdə "Yaşıllaşdırma və abadlıq aylığı", "Təmizlik və abadlaşdırma", "Yaşıllaşdırma abadlıq və quruculuq" aylığı keçirilməyə başlanılmış, genişmiqyaslı yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. Artıq nəinki Naxçıvan şəhəri, eyni zamanda magistral yol kənarları, ətrafdakı çılpaq təpəliklər ardıcıl olaraq yaşıllığa qərq edilir. Şəhərimiz öz gözəl memarlıq üslublu yeni binaları ilə bərabər, salınan gülxarlıqları ilə də gələn qonaqları valeh edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən Naxçıvan Muxtar Respublikasının Arazboyu ərazisində ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin, mədəniyyət və tarixi - memarlıq abidələrinin qorunub saxlanılması, Muxtar Respub-likanın xüsusi mühafizə olunan təbiət ərazilərinin nəzarətə götürülməsi məqsədilə 23 sentyabr 2005-ci il tarixli sərəncam ilə Arazboyu Dövlət Təbiət Yasaqlığı (9118 ha) yaradılmışdır. Bu yaxınlarda isə ölkə prezidentinin sərəncamı ilə Şabuz Dövlət Təbiət qoruğu və akad. Həsən Əliyev adına Ordubad Milli Parkı əsasında Zəngəzur Milli Parkı yaradılmışdır ki, bu da ümumilikdə ərazimizin 27%- ə qədərinin xüsusi mühafizə olunan təbiət sahələrinə daxil olduğunu göstərir. Naxçıvan Muxtar Respublikasının "Qırmızı kitab"ınin I və II cildi Ali Məclis Sədri cənab Vasif Talıbovun göstərişi və dəstəyi ilə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən hazırlanılaraq nəşr edilmişdir.
Təbiəti mühafizənin idarəetmə sistemini təkmilləşdirmək və təbii ehtiyatlardan istifadəni tənzimləmək məqsədi ilə hələ covetlər dövründə Heydər Əliyevin gələcəyə hesablanmış bütün bu addımlarının hamısı insanlara lazım olan təmiz hava, torpaq, su və təbiət guşələrinin qorunmasına, bir sözlə insanların maddi- rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir.

Tariyel Talıbov

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor,AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi

Digər xəbərlər