PDF Oxu

Əsas

  • 40

“Beynəlxalq təşkilatlar 13 yaşlı qız uşağının ölüm hadisəsinə qarşı sərt formada öz münasibətlərini bildirməlidirlər”Bu faciəvi hadisə bütün mədəni normaların sərt şəkildə pozulmasıdır. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident

“Beynəlxalq təşkilatlar 13 yaşlı qız uşağının ölüm hadisəsinə qarşı sərt formada öz münasibətlərini bildirməlidirlər”Bu faciəvi hadisə bütün mədəni normaların sərt şəkildə pozulmasıdır. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident

Bu faciəvi hadisə bütün mədəni normaların sərt şəkildə pozulmasıdır. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Tovuzun Əlibəyli kəndində 13 yaşlı Aygün Şahmalıyevanın əlində ermənilər tərəfindən Tovuz çayına atılmış partlayıcı maddə yerləşdirilmiş oyuncağın partlaması nəticəsində həlak olması məsələsinə münasibət bildirirərkən 1news-a açıqlamasında deyib.

Əli Həsənovun sözlərinə görə, tərəflərin münaqişənin həllinə yaxınlaşdığı bir dövrdə bu vandalizm aktı insanlığa qarşı cinayətdir. "Bu cəbhə xəttində baş vermiş uşaq ölümü ilə nəticələnən birinci hadisə deyil. Daha əvvəl ermənilər tərəfindən 9 yaşlı Fariz Bədəlov həyatını itirmişdi. Həmin vaxt erməni rəhbərliyi bəyan etmişdi ki, onlar uşaqları öldürmürlər. Eyni zamanda 1994-cü ildə həmin ərazidə baş verən və 2 uşağın ölümü ilə nəticələnən analoji insidenti xatırlatmaq istəyirəm. Bu cür hadisələr beynəlxalq səviyyədə barbarlıq adlanır. Təəssüf ki, erməni tərəfi təxribat törətməkdə davam edir və sərhəd zonasında yaşayan sadə vətəndaşlara qarşı müharibə aparır. Bir daha qeyd edirəm ki, 13 yaşlı qız uşağının ölümü təəssüf doğurur və hesab edirəm ki, beynəlxalq təşkilatlar bu hadisəyə qarşı sərt formada öz münasibətlərini bildirməlidirlər",- deyə Əli Həsənov qeyd edib.

Qeyd edək ki, məlum hadisə ötən gün Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində baş verib. Partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Məlumata görə, partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman A. Şahmalıyeva oyuncağı masanın üstünə vurub, nəticədə partlayış baş verib.

Xatırladaq ki, 1994-cü ildə həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.

Digər xəbərlər