Respublika gənclərinin intellektual səviyyəsini yüksəltmək, onları fəal ictimai işə cəlb etmək, əlaqələrini möhkəmləndirmək məqdəsilə ölkəmizin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi artıq bir neçə ildir ki, "Gənclərin Yay Məktəi" layihəsini həyata keçirir. YAP Gənclər Birliyi tərəfindən hər ilin yay aylarında, ənənəvi olaraq, gənclərin regionlara, ölkəmizin səfalı yerlərinə səfərləri təşkil edilir.
Bu ildə də iyul ayının 11-dən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Yay məktəbi" layihəsinə uyğun olaraq paytaxtla yanaşı, ayrı-ayrı bölgələrimizdən bir qrupda 50 nəfər olmaqla, 600-dan artıq gənc bu kampaniyada iştirak edib. "Yay məktəbi" layihəsinin proqramına uyğun olaraq gənclər öncə Qəbələ, Oğuz və Lerik rayonlarında olaraq onlarda burada ən yüksək səviyyəli istirahətlə yanaşı "Ulu Öndər Heydər Əliyev ideyaları əməli fəaliyyətdə", "Gənclik və müasirlik, internetdə sosial şəbəkə və gəncliyin baxışı", "Azərbaycan qlobal məkanda", "Gənclik və liderlik", "Azərbaycan dünən, bu gün və sabah" mövzuları ilə bağlı tanınmış siyasətçilərin, ictimaiyyətin aparıcı nümayəndələrinin iştirakı ilə mühazirələr oxunmuşdur.
Gənclərin asudə vaxtının səmərəli təşkilində onların ictimai siyasi proseslərdə adaptasiyasında bu cür kampaniyaların əhəmiyyətinə toxunan YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədri Rəşad Abasəliyev belə layihələrin gənclərin həyatında böyük bir xatirə kimi də yadda qalan olduğunu söylədi. Bildirdi ki, bu gün ölkə gəncliyi öz inkişaf mərhələsindədir. Bu inkişafı isə səciyyələndirən Ulu Öndər Heydər Əliyevin gənclər siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin tutduğu mövqedir deyən R.Abasəliyev Azərbaycan gəncliyinin öz gələcəyinə böyük ümidlərlə baxdığını da dilə gətirdi. "Yeni Azərbaycan Partiyası tərəfindən hər il olduğu kimi bu il də həyata keçirilən "Yay məktəbi" kampaniyası başa çatsa da onun müsbət nəticələri özünü bütün aspektlərdə göstərməkdədir. Çünki ölkəmizin ayrı-ayrı bölgələrindən olan gənclərin bir məkanda cəmləşdirilməsi, onlar arasındakı səmimi ünsiyyətin qurulması birmənalı şəkildə ölkə gəncləri arasındakı əlaqələrin daha geniş sferada inkişafını təmin etmiş olur" deyə R.Abasəliyev əlavə edib.
Gənclərin ölkədə gedən genişmiqyaslı işlərdə böyük həvəslə iştirak etdiyini söyləyən YAP Yasamal rayon gənclər birliyinin sədri Bəxtiyar Nəbiyev müasir gəncliyin təhsildə olan uğurlarından, onların idman sahəsindəki nailiyyətlərindən bəhs etdi. Qeyd etdi ki, bu gün ölkəmizin və regionun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası gənclər siyasətinə böyük önəm verir. Bunun YAP-ın atmış olduğu bütün addımlardan da açıq şəkildə görməyin mümkün olduğunu söyləyən B.Nəbiyev Azərbaycan gəncliyinin dünyanın ən aparıcı nümayəndəsi kimi rolunun günü-gündən artıdığını söylədi.
YAP Suraxanı rayon təşkilatının gənclər birliyinin sədri Zəkiyyə Musayeva isə XXI əsrin gətirdiyi yeniliklərdən biri olan "İnternetdə, sosial şəbəkə və gəncliyin baxışı" mövzusunda YAP "Yay məktəbi" kampaniyasının əhəmiyyətindən söhbət açdı. Qeyd etdi ki, gənclər arasında asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə keçirilən bu önəmli layihə xüsusi diqqətə layiqdir.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə reallaşan "Yay məktəbi" layihəsinin növbəti uğurlu yekunu ölkə gənclərində böyük ümidlər doğurduğunu söyləyən YAP Qazax rayon təşkilatının gənclər birliyinin sədri Vüsal İsmayılov artıq bir neçə ildir ki, həyata keçirilən bu humanist addımın ölkə gənclərinə olan xüsusi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirildiyini bildirdi. Vurğuladı ki, ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Onun ən layiqli davamçısı olan Prezident İlham Əliyevin böyük səyi və bacarığı sayəsində yüksək səviyyədə davam etdirilir. "Məhz ölkə Prezidentinin gənclər siyasəti nəticəsində bu gün Azərbaycan gəncliyi dünyada layiqli yerini tutmaqdadır. Çünki gənclərə hərtərəfli qayğı onların, qarşılaşmış olduğu problemlərin həlli yetişən nəsildə də, böyük stimul yaradır" deyən V.İsmayılov dövlətimizin gənclərə göstərdiyi böyük etimadın nəticəsi olaraq onlar da öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışdıqlarını vurğuladı.
"Gənclərimizin istənilən beynəlxalq yarışlarda ölkəmizin adını ucaltmış, bayrağımızı ən mötəbər turnirlərdə dalğalandırmış, himnimizin ən yüksək tribunalardan səslənməsini təmin etmişdilər deyən YAP Qaradağ rayon təşkilatının gənclər birliyinin sədri Heyran İsaxlı YAP-ın bir gənclik partiyası olaraq hər zaman yeni fikrin, yeni təfəkkürün formalaşmasında gənclərlə iş prinsipinə üstünlük verdiyini qeyd etdi. Bildirdi ki, YAP-ın həyata keçirdiyi bütün işlərin tərkib hissəsində gənclərin roluna böyük yer verilir.
Tapdıq Qurbanlı