Dünən Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının qərargahında gənclərlə görüş keçirilib. Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək 12 avqust Beynəlxalq Gənclər Günü ilə bağlı təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycan gəncliyi bu gün özünün ən xoşbəxt anlarını yaşayır.
"Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Onun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir". M.Abasquliyeva məhz bunun nəticəsi olaraq gənclərimizin son illərdə əldə etdiyi nailiyyətlərinin daha da çoxaldığını söylədi. Yeni Azərbaycan Partiyasının ölkəmizin və regionun aparıcı qüvvəsi olaraq sıralarında böyük gənclər ordusunu formalaşdırdığını söyləyən M.Abasquliyeva gənclərin iş sahəsində əldə olunan uğurlardan də bəhs etdi. Qeyd etdi ki, YAP hər zaman Azərbaycan gəncliyini düşünür və onun maraqlarına uyğun olaraq işlər həyata keçirir. Artıq bir neçə ildir ki, uğurla davam etdirilən və bu il də öz müsbət nəticələri ilə yadda qalan YAP-ın "Yay məktəbi" kampaniyası layihəsinin əhəmiyyətinə toxunan təşkilat sədri bu kampaniyanın gənclər arasında xüsusi diqqətə səbəb olduğunu da vurğuladı. "Çox sevindirici haldır ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunan böyük gənclər ordusu özlərinə qarşı, həmişə olduğu kimi, səmimi münasibət və diqqət görürlər. Bunu artıq yekunlaşmış "Yay məktəbi" kampaniyası layihəsinin nəticələrindən, bunun gənclər arasındakı yaratmış olduğu münasibətlərdən də aydın görmək mümkündür" deyə M.Abasquliyeva əlavə edib.
YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədri Rəşad Abbasəliyev də çıxışında ölkəmizdə gəncələrə verilən qiymətdən bəhs etdi. Qeyd etdi ki, bu gün həyata keçirilən uğurlu daxili və xarici siyasət biz gənclərin sabahına, onların işıqlı gələcəyinə xidmət edir. YAP tərəfindən Azərbaycan gəncliyinə xüsusi diqqət və qayğının olduğunu söyləyən R.Abbasəliyev bunu yekunlaşmış "Yay məktəbi" layihəsindən də açıq şəkildə görməyin mümkünlüyünə toxundu. Diqqətə çatdırdı ki, gənclər ölkədə onlara göstərilən diqqət və qayğıdan böyük nəticələr çıxararaq, göstərilən etimadı doğrultmağa çalışırlar.
Gənclər adından çıxış edən Lamiyə Cəlilova Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin "Yay Məktəbi" layihəsinin iştirakçısı olduğunu və bu kampaniya müddətində ölkənin tanınmış ziyalıları, və ictimaiyyət nümayəndələri ilə səmimi ünsiyyətdə oluqlarını söylədi. Qeyd etdi ki, bu cür layihələr gənclər arasında çox böyük diqqətə səbəb olub. "Çünki belə humanist kampaniyaların nəticəsi olaraq ölkəmizin bütün regionlarının təmsilçiləri olan gənclər bir-birləri ilə ünsiyyətə girir, qarşılıqlı münasibətlər yarada bilirlər" deyən L.Cəlilova gəncləri düşənərək bü cür addımların atılmasında təşəbüskar olmuş Yeni Azərbaycan Partiyasının rəhbərliyinə gəncələr adından təşəkkürlərini çatdırdı.
YAP sıralarında olan hər bir gəncin öz gələcəyi naminə böyük uğurlara imza atmasının mümkünlüyünə toxunan gəncəlrin digər nümayəndəsi Tural İsgəndərov da, onlara götsrəilən etmadı doğruldacaqlarına əminliyini ifadə etdi.
Gənclərin digər nümayəndələri Namiq Muradov, Zaur Salayev də YAP-ın "Yay məktəbi" kampaniyasının iştirakçısı olduqlarını və bu layihənin gənclərin asudə vaxtının təşkili və səmərəliliyi baxımından önəmli olduğunu vurğuladılar.
Tapdıq Qurbanlı