PDF Oxu

Əsas

  • 36

Yeni Azərbaycan Partiyası ən güclü, ən real siyasi qüvvə olaraq, bütövlükdə xalqın rəğbətini qazanmış nəhəng siyasi təşkilatdır

Yeni Azərbaycan Partiyası ən güclü, ən real siyasi qüvvə olaraq, bütövlükdə xalqın rəğbətini qazanmış nəhəng siyasi təşkilatdır
Yarandığı gündən üzü bu tərəfə nəinki ictimai rəydə, eləcə də, xalqda özü barəsində ciddi fikir yarada bilməyən "İctimai Palata" adlı qondarma siyasi qurum ümumiyyətlə müxalifət tərəfindən də qəbul edilməməkdədir. Belə olan təqdirdə, palatada cəmləşən bir qrup siyasətbazların zaman-zaman hər hansı "ictimai müzakirələr" ətrafında apardıqları "fikir mübadilələri" öz məntiqsizliyi ilə seçilir.
Belə məntiqsizliklərdən biri də "Avtoritarizmdən demokratiyaya yumşaq keçid - Yol xəritəsi" adlı istehzadoğurucu sənəddir ki, həmin "sənədə" nəzər yetirildikdə onların nə qədər dayaz düşüncəli və xəyalpərəst olduqları bir daha sübut olunur. Buradan bir daha da aydın olur ki, "İctimai Palata" adlı qurumda cəmləşənlərin hər biri elə bu cür məntiqsizliklərinə görə parlamentə seçilməyiblər.
Digər tərəfdən, "palata" təmsilçilərinin gah bu, gah da başqa bu kimi "sənədlər" üzərində "müzakirələr" aparmaqları sadəcə siyasi blef mənasını sərgiləyir. Heç özlərinin də baş aça bilmədikləri "sənədlərlə" varlıqlarını nümayiş etdirməyə səy göstərən "İctimai Palata" səlahiyyətliləri nəticə etibarı ilə qınaq və gülüş hədəfinə tuş gəlirlər.
"İctimai Palata"dan və orada cəmləşən müxalifət partiyalarından fərqli olaraq, ölkənin hakim siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası, mütəmadi olaraq, xalqın, dövlətin mənafeyinə xidmət edən layihələr, sənədlər hazırlayır, onların reallaşdırılması istiqamətində davamlı işlər gerçəkləşdirilir. İstər parlament səviyyəsində, istərsə də təşkilatdaxili fəaliyyət prizmasından yanaşsaq, görərik ki, heç bir partiya Yeni Azərbaycan Partiyası qədər ölkə üçün, xalq üçün səmərəli işlər görməyib. Bu isə, bir daha onu təsdiq edir ki, hakim Yeni Azərbaycan Partiyası ən güclü, ən real siyasi qüvvə olaraq, bütövlükdə, xalqın rəğbətini qazanmış nəhəng siyasi təşkilatdır.
Eyni zamanda, müxalifət düşərgəsinin belə tərzdə çıxış etməsi onların bütövlükdə siyasi savadsızlıqlarını üzə çıxarmış olur. Belə ki, Azərbaycanın keçid dövrünü arxada qoyaraq, öz yüksəliş dövrünü yaşaması hələ də onlara çatmayıb. Ya da ki, bunu həzm etmək iqtidarında deyillər. Həmçinin, Azərbaycan nəinki regionda, eləcə də, bütün dünya miqyasında demokratik ölkə kimi qəbul edilir və müxalifətin öz təxəyyülü hesabına əmələ gəlmiş "demokratiyaya keçid" sərsəmləməsinə, ümumiyyətlə, ehtiyac duyulmur.
"İctimai Palata"nın çıxılmaz çökəyə düşdüyü, bunun müqabilində son dövrlərini yaşaması artıq öz təsdiqini tapmışdır. Bununla bağlı Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı öz açıqlamasında deyib ki, "İctimai Palata" adlanan qurumun toplantısı və onun sənədi ölkənin ictimai rəyi üçün heç bir əhəmiyyət kəsb etmir: "İctimai Palata" guya "demokratiyaya keçid haqqında" hansısa sənəd hazırlayıb. Əvvəla, Azərbaycan demokratik ölkədir. Ölkədə keçid dövrü başa çatıb. Bu gün ölkədə hansısa prosesdə keçidə ehtiyac varsa, bu da həmin o radikal, pas atmış müxalifətin yeniləşməsinə, yeni dövrə uyğunlaşmasına keçid ola bilər".
RÖVŞƏN RƏSULOV

Digər xəbərlər