PDF Oxu

Əsas

  • 15

Biz Heydər Əliyevin elmi irsini öyrənirik

Biz Heydər Əliyevin elmi irsini öyrənirik

Dünən Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatında "Biz Heydər Əliyevin elmi irsini öyrənirik" mövzusunda siyasi məktəbin növbəti məşğələsi keçirildi. Bu məşğələlər mütəmadi xarakter daşıyaraq, əsas məqsəd bütün ömrünü Azərbaycan xalqının inkişafına həsr etmiş tarixi şəxsiyyətin elmi irsini yaşatmaq, tətbiq etmək gələcək nəsillərin Heydər Əliyev nümunəsində siyasi və mənəvi tərbiyəsini formalaşdırmağa kömək etməkdir.

Növbəti məşğələdə dinləyicilərə mühazirəni YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev oxudu.

M.Nağıyev öz məruzəsində vurğuladı ki, Azərbaycan gəncləri ilə təmasda olmaq böyük xoşbəxtçilikdir. Gənclərimiz nə qədər yüksək potensiala malik olsalar, Azərbaycanın elmi, iqtisadiyyatı yüksək inkişaf edəcək, qüdrətli bir ölkəyə çevriləcək. Bu gün iqtidar partiyası olan YAP gənclərimizin intellektual səviyyəsinin yüksəlməsinə böyük qayğı və diqqət göstərir. O bildirdi ki Ulu Öndərin Azərbaycan gənclərinin inkişafının təməl daşının qoyulmasında böyük xidmətləri olmuşdur. Mühazirəçi 1993-cü illərə ekskurs edərək, qeyd etdi ki Ümummilli Lider hakimiyyətə qayıdarkən, ilk növbədə, 8 min gənci bir yerə toplayaraq, onlara öz tövsiyələrini vermişdir. Həmin illərdə ölkədə xaosun və hərc-mərcliyin hökm sürdüyünü xatırlatdı. O bildirdi ki, xalqımızı bu çətin vəziyyətdən Ulu Öndərin iti zəkası çıxartdı. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, onu dövlətçiliyin ayrılmaz tərkib hissəsi və dövlət siyasətinin aparıcı qoluna çevrilməsində Ümummilli Liderimiz Heydər Əliyev qədər qüdrətli və cəsarətli şəxsiyyət olmayıb.

Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Milli-mənəvi dəyərlərdən və bu dəyərlərin qorunması, yabançı təsirlərdən xilas olunması, saflaşması timsalında Ulu Öndərin gördüyü nəhəng işlərdən danışdı.

O bildirdi ki, Azərbaycan xalqı zaman-zaman tarixin amansız sınaqlarından başıuca çıxıb. Azərbaycan və onun xalqı tarixin amansız sınaqları ilə çox üzləşmiş, müxtəlif dinlərin, mədəniyyətlərin qovşağında maraqlı və ziddiyyətli bir tarix yaratmışdır. Bu əsasən Dünya birliyində Azərbaycan bayrağının ucalması, Azərbaycan dilinin mötəbər kürsülərdə səslənməsi, özü də Ulu Öndərimiz Heydər Əliyevin ecazkar nitqində vüqarla səslənməsidir. Böyük neft və qaz müqavilələrinin bağlanması, "Bakı-Tbilisi-Ceyhan" neft, Bakı-Ərzurum qaz kəmərlərinin çəkilməsi, dünya ölkələrinin Azərbaycan reallığını təsdiq etməsi, nəhayət, Azərbaycanda, ilk növbədə, ictimai-siyasi sabitliyin qorunması üçün zəmin yaratmışdır. Siyasi sabitlik qorunmadan iqtisadi qüdrətdən söhbət gedə bilməz. M.Nağıyev Azərbaycanı ağır vəziyyətdən çıxaran Ulu Öndrin uzaqgörənliyini diqqətə çəkərək bildirdi ki, O, hələ Sovetlər Birliyində Azərbaycanın iqtisadi inkişafı üçün möhkəm baza yaratmışdır. Siyasi məşğələnin sonunda rayon təşkilatının sədr müavini M. Nağıyev məşğələlərdə iştirak edən fəal gənclərin müxtəlif suallarını cavablandırdı.


ZÜMRÜD

Digər xəbərlər