PDF Oxu

Əsas

  • 15

“Nikola Sarkozinin Cənubi Qafqaza səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətlənməsinə təsir edəcək”

“Nikola Sarkozinin Cənubi Qafqaza səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətlənməsinə təsir edəcək”

"Fransa Prezidentinin Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfəri, düşünürük ki, mühüm əhəmiyyət kəsb edir. Mühüm əhəmiyyəti ilk növbədə onunla ölçülür ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə məşğul olan dövlətdir". Trend-in məlumatına görə, bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, Sarkozinin regiona səfəri, Yerevanda açıqlamaları, xüsusilə mövcud status-kvonun qəbul edilməzliyi və bunun dəyişdirilməsinin vacibliyininə dair fikirləri Cənubi Qafqazda sonrakı sülhyaratma proseslərinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud status-kvonun dəyişməzliyi haqqında təxminən 6 ay əvvəl həmsədrlərin bəyan etdiyi missiyaya əlavə qatqı verəcək.

Digər xəbərlər