PDF Oxu

Əsas

  • 12

“Həmsədrlər münaqişə tərəfləri arasında kompromis formulu hazırlayırlar”

“Həmsədrlər münaqişə tərəfləri arasında kompromis formulu hazırlayırlar”

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Cənubi Qafqaz regionuna qarşıdakı səfəri münaqişə tərəfləri arasında kompromisin tapılmasına yönələcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, həmsədrlərin növbəti səfəri oktyabrın sonlarınadək baş tutacaq. XİN rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında müəyyən məsələlər üzrə razılaşma artıq əldə olunub, lakin danışıqlar prosesinə maneə yaradan bəzi bəndlər qalır. "Kompromis əldə etmək üçün formul tapmaq lazımdır. Vasitəçilərin qarşıdakı səfəri bu formulun tapılmasına yönələcək", - Məmmədyarov deyib. Nazirin sözlərinə görə, hazırkı mərhələdə əsas məqsəd məcburi köçkünlərin qaytarılmasını tələb edən Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi deyil, işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasıdır. "Başlıcası, işğal olunmuş ərazilərin qaytarılmasıdır. Status məsələsi yalnız sonuncu mərhələdə həll oluna bilər", - Məmmədyarov bildirib. Onun sözlərinə görə, hazırkı status-kvo davam edə bilməz. Bunu ötən həftənin sonunda Bakıya və Yerevana səfəri zamanı Fransa Prezidenti Nikola Sarkozi də təsdiqlədi. "Azərbaycanın mövqeyi birmənalıdır: sülhə nə qədər tez nail olsaq, bir o qədər yaxşıdır", - Məmmədyarov deyib.

Digər xəbərlər