PDF Oxu

Əsas

  • 16

“Azərbaycan qadınları müstəqillik illərində”

“Azərbaycan qadınları müstəqillik illərində”

Konfransda YAP Kürdəmir rayon təşkilatının qadınlar şurasının sədri Elmira Şıxəliyeva çıxış edərək bildirib ki, Azərbaycan xalqı Şərqdə ilk dəfə olaraq. 1918-ci ildə müstəqillik əldə etmişdir: "Lakin xarici və daxili duşmənlərin təzyiqi nəticəsində bu müstəqillik cəmi 23 ay davam etmişdir. Müstəqilliyin şirinliyini dadmış bu xalq70 illik fasilədən sonra yenidən müstəqillik arzusu ilə meydanlara, küçələrə çıxdı. Qəhrəman Azərbaycan oğulları və qızları əliyalın imperiya ordusuna qarşı getdilər. Onlar şəhid oldular, əbədiyyətə qovuşdular. Həm də müstəqilliyi yenidən qazandılar. Xalqımızın mübariz şairi Xəlil Rza Ulutürk demişkən: "Azadlığı istəmirəm qram-qram, qolumdakı zəncirləri istəyirəm qıram-qıram".

"Lakin həmin illərdə ölkədə özbaşınalıq, hərc-mərclik müstəqilliyimizin yenidən itirilməsi ərəfəsində xalq Ulu Öndər Heydər Əliyevə üz tutdu" fikrini söyləyən E.Şıxəliyeva xüsusi vurğuladı ki, Azərbaycanın ikinci tarixi müstəqilliyi dünya şöhrətli siyasətçi Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyəti, rəhbərliyi altında əbədiləşdi, dönməz və sarsılmaz oldu: "Bu gün ölkəmizdə Ulu Öndərin siyasətini ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir".

Tədbirdə məruzə ətrafında rayon qadınlarının fəal üzvlərindən Yaqut Əşrəfova, Fəxrəndə Mehdiyeva, Qəndaf Zülfüqarova, Dürriyə Seyidova çıxış edərək, müstəqilliyimizin 20 ili ərzində xalqımızın mədəniyyətində, təhsilində, səhiyyəsində, milli-mənəvi dəyərlərimizin qorunmasında və Azərbaycanın iqtisadi inkişafında nə kimi rolu olduğunu və töhfələr verdiyini qeyd ediblər.

Yığıncaqda çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ağalı Kərimli Azərbaycan dövlət müstəqilliyinin tarixindən danışaraq tədbir iştirakçılarını bu əziz və tarixi gün münasibətilə təbrik etdi: "Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində xalqı vahid məfkurə ətrafında birləşdirmişdir. Müasir dövrümüzdə hər kəs tərəfindən müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin fəaliyyətini örnək kimi qəbul edilir. Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətində qadın siyasətinə önəm verməsi məlum faktordur. Müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında qadınlara önəm verən lider onların irəli çəkilməsində böyük layihələr həyata keçirmişdir. Bu gün YAP-ın sıralarını kifayət qədər qadınlar təşkil edir. Bu, Azərbaycan qadınının inam və iradəsini, onun məntiqli düşüncəsini əks etdirir. Azərbaycan qadını ölkədə gedən quruculuq işlərindən, onun abadlaşmasından, sosial rifah halının yüksəlməsindən qürurlanıb istək və tələblərini həyata keçirməkdə müstəqil addımlar atır. Məhz Heydər Əliyevin qadına göstərdiyi qayğının nəticəsidir ki, müasir Azərbaycan qadını məsul vəzifələrə irəli çəkilir". A.Kərimli onu da vurğulayıb ki, Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu dövlət, yaratdığı siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir: "Azərbaycan qadınının cəmiyyətdə göstərdiyi fəal rol Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bir qadın, ana olaraq gördüyü böyük xeyriyyəçilik xidmətlərində özünü büruzə verir".


A.Səmədova

Digər xəbərlər