Oktyabrın 11-də Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov partiyanın mənzil qərargahında Belçikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lük Truyens ilə görüşüb. Əli Əhmədov Görüşdə Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu və Azərbaycanın ictimai - siyasi həyatındakı mövqeyi barədə səfirə ətraflı məlumat verib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.