PDF Oxu

Əsas

  • 16

Gəncədə “Dövlət Müstəqilliymiz və Media” mövzusunda konfrans keçirilib

Gəncədə “Dövlət Müstəqilliymiz və Media” mövzusunda konfrans keçirilib


Müstəqilliyimizin 20 ci ildönümü münasibətilə Respublikamızda fəaliyyət göstərən media nümayəndələrinin irştirakı ilə tədbir keçirilib. SİA-nın bölgə müxbirinni verdiyi məlumata görə, tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Ardından "Dövlət Müstəqilliymiz və Media" mövzusunda konfrans keçirilib.

Qeyd edək ki, konfransda Prezident Administrasiyasının İçtimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov digər mətbu orqanların rəhbərləri iştirak edib. Konfransda Azərbaycan mətbuatının ölkəmizin tarixində tutduğu roldan danışılıb. Əli Həsənov bildirib ki, 20 il ərzində Azərbaycan mətubatı özünün keçməkeşli dövrünü yaşayıb. "Milli mətbuatımızın fəaliyyət dönəmini 4 hissəyə bölmək olar. Xalq Cumhuriyyəti ilə ölkə mətbuatının təməli qoyuldu. Sovetlər dönəmində Azərbaycan mətbuatı azad olmasa da, peşəkar kadırların məhz bu dövrə düşdüyü həqiqətdir. İkinci dəfə müstəqillik qazandıqdan sonra mili mətbuatımızın inkişafında sovet dönəmində çalışan jurnalistlərin xüsusi əməyi, rolu oldu. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə mətbuatın üzərindən senzuranın götürülməsi ilə Azərbaycan jurnalistikası yeni mərhələyə qədəm qoydu", - deyə Ə.Həsənov bildirib.

Bundan əlavə Azərbaycan mətbuatı bu illər ərzində xalqa özünün milli kimliyini də tanıtdıra bilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov məruzəsində bu faktı xüsusi ilə diqqətə çatdırıb. İlk Cümhuriyyət dönəmində hakimiyyətdə təmsil olunan insanların da mətubat sahəsinə bağlı olduqlarını dilə gətirib. Bu amil milli mətbuat tariximizə uğur gətirən ən əsas şərtlərdəndir. Konfransda çıxış edən digər mətbuat nümayəndələri də ölkə mediasının Azərbaycanın müstəqillik tarixində tutduğu yerə geniş nəzər salıb. Natiqlər qeyd ediblər ki, Azərbaycan jurnalistikası 1990-1991-ci illərdə böyük təziqlərlə üzləşib. Lakin ulu öndərin hakimiyyətə yenidən qayıdışı ilə mətbuat sahəsində də inkişaf hiss olundu. Bu gün ölkədə jurnalistikanın tərəqqisi yönümündə əhəmiyyəti işlər aparılır. Jurnalistlərin sosial şəraitləri yaxşılaşdırılır.

Tədbirin sonunda konfrans işitirakçılarına hədiyyələr və fəxri fərmanlar verilib.

Digər xəbərlər