PDF Oxu

Əsas

  • 12

Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafına töhfə verən partiyadır

Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafına töhfə verən partiyadır

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının tərtib olunan qrafikinə əsasən 153 ərazi ilk partiya təşkilatlarında hesabat- seçki yığıncaqları davam edir. YAP Lənkəran rayon 1 saylı ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağında çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İlqar Dadaşov hakim partiyanın dövlətin ictimai və siyası həyatında oynadığı roldan danışıb: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs, respublikamızın hərtərəfli dinamik inkişafı insanlarda YAP-ın alternativi olmadığına bir daha əminlik yaradır və əksər insanlar, xüsusən, gənclər bu siyasi partiyaya üzv olmağa can atırlar. 1993-cü il 14 martda yaranan YAP Lənkəran rayon təşkilatının 8974 üzvü 153 ərazi ilk partiya təşkilatında birləşir".

Bu gün partiya sıralarının getdikcə artdığını vurğulayan təşkilatın sədri onu da bildirib ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına, Onun siyasi qüvvəsinə, Ulu Öndər Heydər Əliyevə və bu yolu davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə inanır və Onun ətrafında sıx birləşədiklərini nümayiş etdirir: "Yeni Azərbaycan Partiyası çətin sınaqlardan keçmiş, bu gün cəmiyyətdə özünəməxsus yer tutub. YAP-ın üzvü olmaq hər kəs üçün həm məsuliyyət, həm də fəal vətəndaşlıq mövqeyidir."

İ.Dadaşov, həmçinin, bu il respublika ərazisində keçiriləcək növbədənkənar bələdiyyə seçkilərində partiyanın siyasi hazırlığından söz açıb. Bildirib ki, hakim partiya bölgələrdə zaman-zaman sıralarını genişləndirərək, müstəqil Azərbaycanın inkşafına hərtərəfli töhfəsini verir.

Toplantıda YAP Lənkəran rayon 1 saylı ərazi ilk partiya təşkilatının sədri Əlimərdan Əliyev 2007-2011-ci illərdə görülən işlər və keçirilən tədbirlər haqqında məruzə edib. Bu gün partiya sıralarının getdikcə artdığını vurğulayan təşkilatın sədri qeyd edib ki, Yeni Azərbaycan Partiyasının ən qüdrətli siyasi təşkilata çevrilməsi məhz Ulu Öndər Heydər Əliyevin bu partiyanı yaratması sayəsində gerçəkləşib.

Yığıncaq iştirakçıları ərazi ilk partiya təşkilatının hesabatını kafi qiymətləndirib. Yığıncaqda YAP Lənkəran rayon təşkilatından VII konfransına 5 nəfər nümayəndə seçilib.


R.Rəsulov

Digər xəbərlər