Dünən YAP Yevlax rayon təşkilatının şəhər təhsi şöbəsi məhəlli ilk partiya təşkilatının hesabat-seçki konfransı keçirilib. Tədbirdə YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova, şəhər təhsil şöbəsinin müdiri Raquf Mirzəyev və məhəlli ilk partiya təşkilatında olan fəal YAP üzvləri iştirak ediblər.
Hesabat-seçki yığıncağı açıq elan edildikdən sonra, məhəlli ilk partiya təşkilatının sədri Şəhla Fərzəliyeva bildirdi ki, məhəlli ilk partiya təşkilatı 1995-ci ildə yaradılmışdır. Belə ki, həmin zaman məhəlli ilk partiya təşkilatında 295 nəfər qeyydiyyatda olmuşdur: "Ötən hesabat dövründə bu göstərici 1902 nəfərə çatmışdır. YAP Yevlax rayon təşkilatının dəstəyi və apardığımız təbliğatın gücü ilə partiya üzvlərimizin sayı bu gün 2456 nəfərə çatmışdır. Onlardan 2081 nəfəri qadınlar, 1338 nəfəri isə gənclərdir. Bu da rayon üzrə işçilərin 76%-ni təşkil edir".
Məhəlli ilk partiya təşkilatının sədri onu da vurğuladı ki, qeyd olunanlarla yanaşı, nöqsanlar da mövcuddur və bu nöqsanları aradan qaldırmaq üçün gərgin və səmərəli iş tələb olunur.
Sonra söz 2 saylı orta məktəbin müəlliməsi, YAP Yevlax rayon təşkilatı gənclər birliyinin sədr müavini Aynurə İsayevaya verildi. O, çıxış edərək Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıdan, onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə təhsil sahəsində apardığı islahatlardan və inkişafdan söhbət açdı.
YAP Yevlax rayon təşkilatı qadınlar şurasının üzvü, Yuxarı Qarxun kənd orta məktəbinin direktoru Ruqiyyə Abdurəhmanova çıxış edərək bildirdi ki, nəinki öz sahəsində həm də, YAP üzvü olan gənc müəllimlərin siyasi cəhətdən hazırlanmasında bir təcrübəli pedaqoq kimi məsuliyyət hiss edirlər.
Sonda YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova çıxış edərək ötən hesabata öz münasibətini bildirdi. O, vurğuladı ki, bu gün partiya sıraları getdikcə artır, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına, onun siyasi qüvvəsinə, Ulu Öndər Heydər Əliyevə və bu yolu davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə inanır və Onun ətrafında sıx birləşdiklərini nümayiş etdirir. YAP-ın üzvü olmaq hər kəs üçün həm məsuliyyətli, həm də fəal vətəndaşlıq mövqeyidir.
RÖVŞƏN RƏSULOV