PDF Oxu

Əsas

  • 20

Akademik Arif Paşayev “Mühəndislik şöhrəti” ordeninə layiq görülüb

Akademik Arif Paşayev “Mühəndislik şöhrəti” ordeninə layiq görülüb

Akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının ən yüksək mükafatı - "Mühəndislik şöhrəti" ordeninə layiq görülüb. Bu günlərdə Moskvadakı Konqress - mərkəzdə Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) illik hesabat yığıncağı keçirilmiş və tədbirdə qurumun 2010-2011-ci illər üzrə hesabatı dinlənilmişdir.

Tədbirdə hesabat məruzəsi ilə akademiyanın prezidenti, akademik B.Qusev çıxış edib. Hesabat məruzəsi ətrafında aparılan müzakirələrdən sonra təşkilati məsələlərə baxılmış və yekdilliklə akademik B.Qusev yenidən akademiyanın prezidenti, akademik Arif Paşayev isə BMA-nın vitse-prezidenti seçilib.

BMA-nın yaradılmasının 20 illik yubileyinə həsr olunmuş tədbirdə akademiyanın üzvlərinə mükafatlar verilib.

Akademik Arif Paşayev akademiyanın ən yüksək mükafatı - "Mühəndislik şöhrəti" ordeninə layiq görülüb. Əhəd Canəhmədov BMA-nın "Böyük qızıl", Arif Mehdiyev və Havar Məmmədov "Mühəndislik rəşadəti", Natiq Cavadov və Hüseynqulu Bağırov "Mühəndislik şöhrəti", Gülçöhrə Məmmədova isə "BMA-nın 20 illik yubileyi" medallarına layiq görülüb. BMA-ya Azərbaycandan 6 yeni üzv - Əli Abbasov, Hüseynqulu Bağırov, Gülçöhrə Məmmədova (həqiqi üzv), Qərib Məmmədov, Rövnəq Abdullayev və Ədalət Səmədov (müxbir üzv) seçiliblər.

ZÜMRÜD

Digər xəbərlər