PDF Oxu

Əsas

  • 25

Türkdilli Ölkələrin və Toplumların II Media Forumu

Türkdilli Ölkələrin və Toplumların II Media Forumu

Türkdilli Ölkələrin və Toplumların II Media Formu hansı hadisələrin və qərarların verilməsi ilə yadda qaldı? Qonaqlarda Azərbaycan mətbuatı ilə bağlı təəssüratlar necə oldu? Bu suallara aydınlıq gətirmək üçün qəzet baş redaktorlarına müraciət etdik.


Elçin Mirzəbəyli,

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:


- Bir media işçisi olaraq düşünürəm ki, Azərbaycanda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumu çox önəmli bir tədbir idi. Bu forum təkcə media toplantısı kimi deyil, bütövlükdə, türkdilli dövlət və toplumların həyatında tarixi bir hadisə kimi yadda qalacaq. Bu forum zamanı verilən ən önəmli qərar, təbii ki, türkdilli medianın platformasının yaradılması və milli komitələrin seçilməsi idi. Düşünürəm ki, Azərbaycanda Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun keçirilməsi, konkret olaraq, türkdilli medianın bir araya gəlməsi üçün fundamental təməlin əsasını qoydu.

Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun keçirilməsi zamanı, biz media işçiləri olaraq, ölkəmizə gələn qonaqlarla sıx təmasda olduq. Azərbaycana RF-nin muxtar respublikalarından gələn şəxslər ilə yaxından təmasda olduq. Qonaqlar, Azərbaycanda gedən inkişafdan heyrətləndiklərini bildirdilər. Bir sözlə, Azərbaycanın paytaxtı Bakı şəhərini dünyanın ən gözəl şəhərlərindən biri adlandırdılar. Eyni zamanda, Azərbaycan mətbuatının həm regionda, həm də dünyada gedən proseslərə peşəkar münasibətinə çox heyrətləndiklərini bildirdilər. Türkdilli Ölkələrin və Toplumların II Media Forumuna gələn media nümayəndələri bəyan etdilər ki, "Biz Azərbaycan mətbuatından bir çox məsələləri öyrənməliyik".


Natiq Məmmədli,

"Kaspi" qəzetinin baş redaktoru:


- Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun Azərbaycanda keçirilməsi, çox əlamətdar bir hadisə idi. Eyni zamanda, bu forumun ölkəmizdə keçirilməsi, Azərbaycan mətbuatına öz töhfəsini verəcək bir tədbir idi. Çünki Türkdilli Ölkələrin və Toplumların II Media Forumu da bütün türk dünyasının media nümayəndələri iştirak edirdilər. Sonda isə yekun bir bəyanamə qəbul olundu, həmin bəyannəmədə ortaq dəyərlərmizi daha da gücləndirmək üçün müxtəlif istiqamətində bir sıra addımların atılması qərara alındı.

Forumun keçirilməsi zamanı ölkəmizə gələn qonaqların bir çoxunun, yəni Azərbaycan mətbuatı ilə bağlı ilk tanışlıqları idi. Düzdür, ölkəmizə gələn media işçiləri Azərbaycanı çox yaxşı tanıyırlar. Ancaq Azərbaycan mətbuatının nümayəndələri ilə, ilk dəfə idi ki, yaxından ünsiyyət qururdular. Tədbir zamanı qonaqlarla bizim çox yaxın münasibətlərimiz yarandı. Gələcək üçün qərara alındı ki, ya hər hansı bir ortaq televiziya, ya bütün türkdilli mətbuatı birləşdirən bir informasıya bazası yaradılsın. Forumda türkdilli medianın strukturu formalaşdırıldı. Ümid edirəm ki, bu da öz nəticəsini verəcəkdir.


Yunus Oğuz,

"Olaylar" qəzetinin baş redaktoru:


- İlk dəfə olaraq, tam heyətdə, Özbəkistanı çıxmaq şərti ilə türkdilli respublikalar və başqa ölkələrdən gələn nümayəndələr bir daha göstərdi ki, türkdilli media inteqrasiyada çox maraqlıdır. Yəni, bütün media nümayəndələri bunun olmasını istəyir.

Türkdilli Ölkələrin və Toplumların II Media Forumuna gələn qonaqlarımız çox razı qaldılar. Təbii ki, Azərbaycan nümayəndələri, ölkəmizə gələn media işçilərini çox yüksək səviyyədə qarşıladılar. Bu, bir daha sübut etdi ki, Azərbaycan dövləti, türkdilli dövlətlərin media forumunun keçirilməsində və bir araya gətirilməsində maraqlıdır. Ölkəmizə gələn media işçiləri ölkəmizdə gedən bütün proseslərdən çox razı qaldılar.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər