PDF Oxu

Əsas

  • 29

“İran ciddi şəkildə fikirləşərək özünə düşmən yox, dost axtarmalıdır”

“İran ciddi şəkildə fikirləşərək özünə düşmən yox, dost axtarmalıdır”

"Bu gün İranın maddi, mənəvi, silah təchizatı baxımından Ermənistana göstərdiyi hərtərəfli dəstək onların mənfi hərəkətlərini bir daha sübut edir. Dini, etnik baxımından Azərbaycana uyğun olan bir dövlət Azərbaycan ərazilərinin 20%-ni işğal edən bir dövlətə hərtərəfli dəstək olur. Bu baxımdan da İranın Azərbaycana münasibəti bəllidir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O bildirib ki, İran ərazisində 37 milyondan çox azərbaycanlı yaşayır və onların bütün hüquqları pozulur. Onun sözlərinə görə, hətta orada hakimiyyətdə olan xalqdan da böyük saya malik İranın tale yüklü məsələrində öndə gedən bir xalqın nə dili, nə məktəbi, nə də siyasi və hüquqi cəhətdən azadlıqları var.

"İranın təhdidlərinin hamısı gələcəkdə orada baş verən hadisələrə hansısa formada uzaqlaşdırmaq kimi qiymətləndirilir. Bunların hamısı mənasızdır. Bu gün Azərbaycan müstəqil bir dövlətdir, BMT-nin Təhlükəsizlik Şurasının alternativ üzvüdür, istər tək, istərsə də çoxtərəfli əlaqələri var, beynəlxalq təşkilatlarda təmsil olunur. Ona görə də İran ciddi şəkildə fikirləşərək özünə düşmən yox, dost axtarmalıdır. Çünki İranın indiki vəziyyəti rəsmi Tehranı ərəb ölkələrində baş verən hadisələr barədə düşünməyə vadar etməlidir. İran əmmaməsini qarşısına qoyub yaxşı fikirləşməli və Azərbaycanla münasibətlərində səmimiliyə, qarşılıqlı əməkdaşlıq məsələlərinə yanaşmalıdır. Bu gün İran böyük dövlət olsa da, Azərbaycanın dostları, hərbi gücü, müttəfiqləri onlardan qat-qat üstündürlər. İran Azərbaycan qarşı hər hansı bir təhdid həyata keçirə bilməz. Bunun özü İran üçün bir qarmaqdır ki, bu addımı atan kimi dövlətin içində 8-9 dövlət yaranacaq", - deyə S.Novruzov qeyd edib.

Digər xəbərlər