PDF Oxu

Əsas

  • 26

Milli Məclisin sədri Oqtay Əsədov MDB ölkələrinin Parlamentlərarası Assambleyasının iclasında iştirak edib

Milli Məclisin sədri Oqtay Əsədov MDB ölkələrinin Parlamentlərarası Assambleyasının iclasında iştirak edib

Sankt-Peterburqun Tavriya Sarayında MDB ölkələrinin Parlamentlərarası Assambleyasının (MDB PA) iclası olub. İclasda Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Azərbaycan nümayəndə heyəti iştirak edib.

Aktual parlamentlərarası qarşılıqlı fəaliyyət və Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya məsələlərinin müzakirə olunduğu iclasda RF Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko MDB PA Şurasının sədri seçilib.

Milli Məclisin sədri O.Əsədov iclasdan əvvəl bir sıra görüşlər keçirib, fəal ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələrlə bağlı məsələləri müzakirə edib. Azərbaycan parlamentinin başçısının Ukrayna Ali Radasının sədri Vladimir Litvin və digər MDB ölkələrinin parlament sədrləri ilə keçirdiyi görüşlərdə həm ikitərəfli əsasda, həm də çoxtərəfli əməkdaşlıq formatında qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi qeyd olunub. Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Boris Qrızlovla bir sıra əhəmiyyətli məsələlərə dair fikir mübadiləsi aparılıb.

Digər xəbərlər