PDF Oxu

Əsas

  • 20

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursa və Əskişəhirdə Qurban bayramı münasibətilə tədbirlər keçirib

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursa və Əskişəhirdə Qurban bayramı münasibətilə tədbirlər keçirib

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi AİRMED şirkətinin maliyyə dəstəyi ilə Türkiyənin Bursa şəhərində azərbaycanlı tələbələr üçün Qurban bayramı münasibətilə tədbir keçirib. Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Samir Cəfərov tələbələri Fondun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban xanım Əliyevanın adından təbrik edib, onlara təhsildə uğurlar diləyib. O vurğulayıb ki, ulu öndər Heydər Əliyevin gənclərimizin xarici ölkələrdə təhsil almasına dəstək siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondu daima bu məsələni diqqət mərkəzində saxlayıb, gənclərimizə hər zaman dəstək olub. Bayram tədbiri Əskişəhirdə də davam edib. Buradakı bayram süfrəsinə azərbaycanlı tələbələr və müəllimlər də dəvət olunublar. Gənclərimiz onların təhsilinə göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirib, ulu öndərimizin adına layiq olacaqlarını söyləyiblər. Tədbirlərdə qurbanlar kəsilib, tələbələrimiz üçün bayram süfrəsi açılıb və musiqi proqramları təqdim olunub.

Digər xəbərlər