PDF Oxu

Əsas

  • 40

“Biz Heydər Əliyev elmi irsini öyrənirik”

“Biz Heydər Əliyev elmi irsini öyrənirik”

Dünən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında "Biz Heydər Əliyevin elmi irsini öyrənirik" mövzusunda siyasi məktəbin növbəti məşğələsi keçirildi. Mövzu "Heydər Əliyevin elmi irsini öyrənirik" adı altında dinlənildi. Dinləyicilərə mühazirəni YAP Siyasi Şurasının üzvü, professor Vilayət Əliyev oxudu. V.Əliyev məruzəsində vurğuladı ki, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, onun dövlətçiliyin ayrılmaz tərkib hissəsi və dövlət siyasətinin aparıcı qoluna çevrilməsində Ümummilli Liderimiz Heydər Əliyev qədər qüdrətli və cəsarətli şəxsiyyət olmamışdır: "Onun fəaliyyətində, əməllərində bir tamlıq vardır. O, həmişə zirvədə durmuş, durur və əbədi olaraq duracaqdır! Çünki Heydər Əliyev Azərbaycançılığın yaradıcısı, ilhamçısı və müdafiəçisidir. Azərbaycançılıq fəlsəfəsini dərk etməyən şəxs Azərbaycan vətəndaşı ola bilməz! Azərbaycançılıq nədir? Bu sualın ən kamil cavabını Heydər Əliyev veribdir. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".

V.Əliyev onu da vurğuladı ki, Ümummilli Lider Heydər Əliyev elə bir şəxsiyyət olub ki, Onun həyata keçirdiyi işlərin hər biri xeyirxah əməllər kimi yadda qalıbdır: "Ümummilli Liderimiz Heydər Əliyev bütün sahələrə diqqət və qayğı ilə yanaşıb. Mən də bir təhsil sahəsində çalışan bir şəxs kimi, dilçi alim kimi, Onun mədəniyyətimizə, təhsilimizə, elmimizə diqqət və qayğısından danışmaq istərdim. O, ölkəmizin inkişafını təhsildə görürdü. Hələ sovet dönəmində respublikamıza rəhbərlik etdiyi zaman gəncləri SSRİ-nin müxtəlif şəhərlərinə, təhsil ocaqlarına göndərirdi. Bu gün müstəqil Azərbaycanın idarə edilməsində, mədəniyyət, elm sahələrində çalışan şəxslər həmin o gənclərdir. Ulu Öndərimiz o zaman belə bir addım atmaqla, bu günümüzü düşünürdü. Onun ikinci dəfə hakimiyyətə gəlişindən sonra, bu cür məsələlərə xüsusi önəm verdi. Bir faktı sizin nəzərinə çatdırım ki, O, birinci növbədə, konstitusiyanın qəbulu məsələsini həll etdi. Belə ki, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Heydər Əliyev Azərbaycan dilinə də hər bir zaman böyük diqqət ayırıb. Ümummilli Lider ölkə mədəniyyətinə, təhsilinə hər zaman diqqətlə yanaşıb. Bu gün təhsilimizin inkişafı Onun adı ilə bağlıdır. Mədəniyyət xadimlərinə-yazıçılara, musiqiçilərə və digər incəsənət xadimlərinə qayğı ilə yanaşıb. Onların sosial vəziyyətinin yaxşılaşdırılması, yaradıcılıq gecələrinin keçirilməsi bu diqqət və qayğının bariz nümunəsidir. Azərbaycan elminin də inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Alimlərin əmək haqlarının artırılması, Milli Elmlər Akademiyasının maddi-texniki bazasının yaxşılaşdırılması və digər işlər Azərbaycan elminin inkişafını təmin edib. Bu gün də bu siyasət Heydər Əliyevin layiqli davamçısı, ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onu da qeyd edim ki, biz fəxr edirik ki, Azərbaycanın dünya miqyasında tanınan, sevilən Heydər Əliyev kimi Ümummilli Lideri var".

Siyasi məşğələdə o da bildirildi ki, mühazirəçilər Ümummilli Liderimiz Heydər Əliyev məktəbinin mükəmməl keçmiş, onunla birgə çalışmış Heydərsevərlər içərisindən seçilir, ictimai əsaslarla dərs aparır. Dərs ilinin sonunda müdavimlərə müsahibə keçirilir, onların bilik-bacarıqları beş bal sistemi ilə qiymətləndirilir. Nəticədə yüksək qiymət alanları YAP rayon idarə heyətinin mənəvi mükafatına layiq görürlər. Burada eyni vaxtda 50-60 nəfərə qədər gəncin məktəbə cəlb olunmasına imkan verilir. Bununla belə işin gedişi barədə məktəb rəhbəri ildə iki dəfə partiyanın idarə heyətinə məlumat verir.

Tədbir sonda gəncləri maraqlandıran sullarla davam etdirildi.


RƏFİQƏ

Digər xəbərlər