PDF Oxu

Əsas

  • 26

YAP Gənclər Birliyi Avropa Xalqları Partiyası ilə dostluq münasibətlərini davam etdirir

YAP Gənclər Birliyi Avropa Xalqları Partiyası ilə dostluq münasibətlərini davam etdirir

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin nümayəndə heyəti Avropa Xalqları Partiyasının dəvəti ilə 28 noyabr-2 dekabr tarixlərində Brüsselə səfər edərək bir sıra görüşlərdə iştirak edib. SİA-nın xəbərinə görə, səfərdə əsas məqsəd YAP-ın üzvü olan gənclərin EPP-nin fəaliyyəti ilə yaxından tanış olmasına şərait yaratmaqdan ibarət olub.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, hazırda YAP-la EPP arasında çox yüksək dərəcədə əməkdaşlıq mövcuddur və bu əlaqələr fonunda belə bir səfərin təşkili olduqca mühüm bir əhəmiyyət kəsb edir

Səfər proqramına uyğun olaraq Azərbaycanı təmsil edən gənclər Avropa strukturlarının müxtəlif səviyyələrdə rəsmi şəxsləri ilə məhsuldar görüşlər keçirib. Belə görüşlərdən biri də Avropa İttifaqının Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə siyasi partiyalarla iş şöbəsinin rəhbəri Lina Parve ilə olub. Həmin görüşdə xanım Parve Azərbaycanın inkişafını vurğulayaraq həyatımızda baş verən bəzi dəyişikliklərə müsbət reaksiya verərək prossesin daha sürətlə baş verməsini xoş bir məqam kimi qeyd edib.

Partiyanın digər maraqlı görüşlərindən biri Belçika parlamentinin üzvü, senator Peter Van Rompuy ilə görüşü olub. Görüşdə hakim Yeni Azərbaycan Partiyasının fəaliyyəti, onun ölkədə keçirilən seçkilərdə əldə etdiyi böyük qələbələr, cəmiyyətin həyatında gördüyü işlər haqqında Rompuya məlumat verilib. Gənclərin P.V.Rompuyu ölkənin hər sahədə əldə etdiyi böyük nəaliyyətlərin şahidi olmaq məqsədi ilə Azərbaycana səfərə dəvət ediblər. Səfəri boyük məmuniyyətlə qəbul edən Cənab Rompuyun səfəri çox güman ki 2012-ci ildə reallaşacaq.

Avropa komissiyasının xarici əlaqələr xidmətinin nümayəndəsi Denis Daniilidis ilə görüşdə isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında çox geniş fikir mübadiləsi aparılıb. Bundan başqa YAP GB-nın nümayəndə heyəti Belçika Xarici İşlər Nazirliyinin Mərkəzi və Şərqi Avropa üzrə eksperti Gunter Sliuagenlə,Avropa Xalqları Partiyası qrupunun vitse-prezidenti Gunnar Hökmark və Litvanın birinci prezidenti, Avropa İttifaqının Qafqaz regionunda yerləşən korperasiya komitəsinin üzvü cənab Vyatautas Lansberqis ilə də görüşlərdə olublar.

Nümayəndə heyətinin sonuncu görüşü isə Avropa Xalqları Partiyasının Gənclər Təşkilatının prezidenti Tsaba Dönmötörlə olub.Görüşdə Tsaba Dömötörün diqqətinə çatdırılıb ki, YAP GB-nin beynəlxalq əlaqələri ildən ilə genişlənməkdədir. Eyni zamanda YAP GB Avropa Xalqları Partiyasının Gənclər Təşkilatı ilə əməkdaşlığını da möhkəmləndirmək niyyətindədir. Növbəti tədbirlərdə YAP GB-nin təmsil olunması ilə bağlı razılıq əldə olunub.

S.Orucov səfərin nəticələrindən məmnun qaldıqlarını bildirib: "Ümumiyyətlə səfər zamanı bir məqamı müşahidə etdik ki, Avropa Xalqları Partiyası YAP-la əlaqələrin inkişafında maraqlıdır. Eyni zamanda, Azərbaycan dövlətinin yüksək iqtisadi inkişafı, regionda tutduğu lider mövqe avropalı siyasətçilər tərəfindən müsbət qarşılanır və Azərbaycanın nəaliyyətlərini təqdir edirlər".

Digər xəbərlər