Dünən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının VIII konfransı keçirildi. İlk olaraq konfrans iştirakçıları Suraxanı rayon icra hakimiyyətinin qarşısındakı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə əklil qoydular.
Konfransı giriş sözü ilə təşkilatın sədri Vüqar Seyidov açaraq, 2006-cı ildən 2011-ci ilə qədər olan dövr ərzində baş verən hadisələri diqqətə çəkib, hesabat məruzəsi ilə çıxış etdi. O bildirdi ki, təşkilatın VIII konfransı əlamətdar tarixi bir dövrə, dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə, eləcə də, YAP-ın yaranmasının 19-cu ildönümünə təsadüf edir. YAP-ın yaradıcısı Ulu Öndər Heydər Əliyev dövlət müstəqilliyinin millətin və xalqın tarixi nailiyyəti kimi dəyərləndirdi: "Müstəqilliyə çıxmaq üçün iki şərt lazımdır. Tarixi şans və tarixi şəxsiyyət və bu şanslardan istifadə çox vacibdir. Heydər Əliyevin yenidən Azərbaycana gəlməsi bütövlükdə, ictimai-siyasi-mədəni həyatda dönüş oldu."
Vüqar Seyidov yaşanılan tarixi günlərə nəzər salıb 1992, 1993 və 1994-cü illərdə baş verən hadisələri nəzərdən keçirərək tarixin dönəmində olan özbaşınalığın, qardaş qırğınının qarşısının alınmasında Heydər Əliyev dühasının məqsədyönlü fəaliyyəti əhəmiyyətli addım oldu. Belə bir missiyanı həyata keçirən YAP-ın yaradıcısı Heydər Əliyev xalqın etimadını doğruldaraq Azərbaycançılıq məfkurəsinin həyata keçirməklə böyük işlərə imza atdı. Ölkə iqtisadiyyatının dirçəlməsində həyata keçirdiyi irimiqyaslı nailiyytlərlə yanaşı, atəşkəsə də nail oldu.
Vüqar Seyidov bu gün Onun siyasi kursunu davam etdirən cənab İlham Əliyevin səkkizillik fəaliyyəti dövründə peşəkar bir siyasətçi kimi böyük nüfuz qazandığını söylədi: "Cənab İlham Əliyev istər Avropa Şurasında, istərsə başqa beynəlxalq qurumlarda dövlət xadimlərilə rəsmi görüşlərdə ölkənin milli, dövlət maraqlarına uyğun üzərinə götürdüyü fərdi diplomatik missiyanı uğurlu həyata keçirir."
Azərbaycanda aparılan abadlıq-quruculuq işləri, möhtəşəm körpü və yolların salınması təhsil və səhiyyə ocaqlarının tikintisi, parkların istifadəyə verilməsi və s. bütün bunlar İlham Əliyevin Prezidentlik dövründə həyata keçirilmişdir. Təşkilatın sədri Suraxanı rayon təşkilatının ətrafında 103 ərazi ilk partiya təşkilatının birləşdiyini söylədi. Ötən konfransdan sonra 1927 nəfər partiya sıralarına qəbul olunmuşdur. O, təşkilatın həyata keçirdiyi tədbirləri diqqətə çəkib əlamətdar və önəmli tarixi hadisələrdə bir sıra yığıncaqların təşkil olunmasını da iştirakçıların nəzərinə çatdırdı. Bir aydan artıqdır ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirildiyini də nəzərə çatdıran təşkilatın sədri rayon ərazisində yaşayan əhalinin dövlətə, dövlətçiliyə ölkə başçısı YAP-ın Sədri cənab İlham Əliyevə olan sonsuz inamlarını da bildirdi.
Təşkilatın sədri hesabat məruzəsi ilə çıxış etdikdən sonra söz nəzarət-təftiş qrupunun hesabatı üçün Kəmalə Qəmbərovaya verildi. Gənclər adından çıxış edən təşkilatın gənclər birliyinin üzvü Fərqanə Mehdiyeva gənclərə olan dövlət qayğısını vurğulayıb, yay məktəblərinin təşkilini gənclərə olan diqqətin təzahürü kimi qiymətləndirdi. YAP tərəfindən ayrılan bu diqqətə görə gənclər adından minnətdarlıq hissini diqqətə yetirdi. Suraxanı Maşınqayırma Zavodu ərazi ilk partiya təşkilatının sədr müavini Məşkül Mirzəyev, YAP Suraxanı rayon təşkilatı qadınlar şurasının sədri Tünzalə Süleymanova çıxış edərək YAP-ın tarixi dövrü ərzində olan nailiyyətlərini, eləcə də, İlham Əliyevin həyata keçirdiyi irimiqyaslı layihələrin ölkənin inkişafına verdiyi təkanı vurğuladılar.
YAP İdarə Heyətinin üzvü, təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarını, eləcə də, bütövlükdə, Azərbaycan xalqını əlamətdar tarixi günlər və bayramlar münasibətilə təbrik etdi. O bildirdi ki, 19 il ərzində YAP fəaliyyətdə olduğu dövürdə, eləcə də, onun hüdudlarından çox-çox uzaqlarda tanınıb. Bu günlərdə YAP-ın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda biz bunun şahidinə çevrildik. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana səfər etmiş qonaqlarımız ölkəmizdə baş verən bu dəyişikliklərə olan münasibətlərini açıq-aşkar bildirdilər. 20 illik müstəqillik dövrünü yaşayan Azərbaycan üçün bu zaman bir o qədər də çox müddət deyil. Təhsil naziri YAP-ın uğurlarına nəzər saldı. 2011-ci il ərzində bir sıra uğurların Azərbaycanı müşayiət etdiyini və bunların ən əhəmiyyətlilərindən biri olan Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbulu olduğunu bildirdi. 200-ə yaxın dövlətin səs verdiyi və 16 mərhələdə keçirilən bu yarışda Azərbaycan böyük qələbəyə imza atdı. O, bu və ya digər nailiyyətləri nəzərdən keçirərək ölkədə aparılan abadlıq-qurucluq işlərinə də münasibətini bildirdi. Bütün bunlar ölkə Prezidentinin məqsədyönlü və ardıcıl olaraq apardığı siyasət nəticəsində reallaşır.
Konfransda çıxış edən icra hakimiyyətinin başçısı İlqar Abbasov, Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanın gələcək inkişafının təmələni qoyduğunü və bu gün prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini söylədi. Xalq və dövlət qarşısında Ulu Öndərin ən böyük xidmətlərindən biri Onun siyasi kursunu layiqincə yerinə yetirən İlham Əliyevi öz davamçısı kimi yetişdirməsi oldu. Son 8 il ərzində Azərbaycan iqtisadiyyatının üç dəfə artdığını bildirən icra başçısı Onun rəhbərliyi altında Avropanın neft və qaz təminatında Azərbaycanın müstəsna əhəmiyyətə malik olduğunu söylədi. Son illərdə Prezidentin 17 dəfə Suraxanı rayonuna gəldiyini bildirdi.
Çıxışlar sona yetdikdən sonra ötən konfransdan bu günə qədər olan dövr ərzində görülən işlər haqqında hesabat qənaətbəxş hesab olundu. Yenidən səsvermə yolu ilə Vüqar Seyidov rayon təşkilatının sədri seçildi. YAP rayon təşkilatının şura üzvlüyünə 55 nəfər, 21 nəfərdən ibarət isə idarə heyəti seçildi. Sonra partiya sıralarına yenicə qəbul olunmuş gənclərə YAP-ın vəsiqələri təqdim olundu. 7 mininci üzvü olan Nərminə İsmayılova YAP-ın vəsiqəsi verildi.
NƏZAKƏT ƏLƏDDİNQIZI