Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Türkiyə - Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Necdet Ünüvar Azərbaycanla Türkiyə arasındakı strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri xüsusi vurğulayaraq, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib və bildirib ki, Vanda baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdiyi ilk humanitar yardım bunun bariz nümunəsidir. Necdet Ünüvar Azərbaycanın BMT TŞ-nın 2012-2013-cü illər üçün qeyri-daimi üzv seçilməsini ölkəmizin böyük uğuru kimi qiymətləndirib və müvəffəqiyyət arzulayıb. Qonaq Azərbaycanın Türk dünyasında müstəsna yerə malik olduğunu vurğulayıb.