PDF Oxu

Əsas

  • 11

“Mətbuatın hansısa atmacaları dövlətin mövqeyi sayıla bilməz”

“Mətbuatın hansısa atmacaları dövlətin mövqeyi sayıla bilməz”

"Bu il azərbaycanlıların Ermənistandan kütləvi şəkildə deportasiyasından 65 il ötür. Stalin rejimi zamanı deportasiyaya məruz qalmış xalqların hamısına bəraət verilib, hüquqları bərpa olunub, bununla bağlı kompensasiya alıblar, yalnız azərbaycanlılar öz doğma yurdlarına qayıda bilməyiblər". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin dünənki iclasında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.

İcra katibi bildirib ki, Milli Məclisin qərarı ilə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqları tanınmalıdır: "Milli Məclis də deportasiya nəticəsində 10 minlərlə insanın həlak olması, böyük bir mədəniyyətin məhv olması ilə nəticələnən deportasiyaya öz münasibətini bildirməlidir".

İran-Azərbaycan münasibətlərinə toxunan millət vəkili Əli Əhmədov bildirib ki, mətbuatın hansısa atmacaları dövlətin mövqeyi sayıla bilməz: "İranın Azərbaycana münasibəti bu ölkə hakimiyyət nümayəndələrinin münasibətində, açıqlamalarında görünür. İran və Azərbaycanın təkcə qonşu deyil, bu iki ölkənin birləşdirən xeyli cəhətlər var. Ən azından bu ölkə əhalisinin yarısını azərbaycanlılar təşkil edir".

Digər xəbərlər