Dünən Xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə gedib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir E.Məmmədyarov fevralın 9-da Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının (EPP) konfransında iştirak edəcək. E.Məmmədyarov konfransda məruzə edəcək və nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.