PDF Oxu

Əsas

  • 14

Yeji Buzek: Azərbaycan Avropa və Asiya arasında körpü, dünyanın əksər dövlətləri üçün isə Avropaya qapıdır

Yeji Buzek: Azərbaycan Avropa və Asiya arasında körpü, dünyanın əksər dövlətləri üçün isə Avropaya qapıdır

Azərbaycan Avropa Enerji Cəmiyyəti üçün əsas strateji tərəfdaş olmalıdır. Bizim iqtisadi əməkdaşlığımız davamlı enerji siyasətinin həyata keçirilməsində və enerji təhlükəsizliyinin təmin edilməsində böyük potensial yaratmışdır.

AzərTAc xəbər verir ki, bu sözləri Avropa Parlamentinin sabiq sədri Yeji Buzek Avropa Xalqları Partiyası (AXP) tərəfindən Brüsseldə keçirilmiş "Avropa İttifaqı-Azərbaycan: tərəfdaşlıq üçün yeni üfüqlər" adlı konfransda demişdir.

Y.Buzek vurğulamışdır ki, Azərbaycan Avropa İttifaqı üçün təkcə əsas tərəfdaş olmaqla kifayətlənmir. Bu ölkə bizim üçün Avropa və Asiya arasında körpü, dünyanın əksər dövlətləri üçün isə Avropaya qapıdır.

Avropa Parlamentinin sabiq sədri vurğulamışdır ki, Avropa İttifaqının (Aİ) Azərbaycan ilə tərəfdaşlığı konkret əsaslara söykənir - yaxın tarixi və mədəni irs, demokratik dəyərlər, qlobal təhlükəsizliyin və sabitliyin təminində birgə iştirak. Azərbaycanın Avropa üçün əhəmiyyətindən danışan AXP-nin sədri Uilfrid Martens bildirilmişdir ki, Azərbaycan-Aİ əməkdaşlığı təkcə enerji üzərində qurulmamalı, siyasi əlaqələrin inkişafı da daim diqqət mərkəzində olmalıdır. AXP-nin sədri, həmçinin vurğulamışdır ki, Aİ Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Avropa Parlamentinin üzvü xanım Monika Makovei isə vurğulamışdır ki, Azərbaycan iqtisadi cəhətdən dünyada ən sürətlə inkişaf edən ölkədir. Demokratiyanın inkişafı istiqamətində ölkədə həyata keçirilən islahatlar təqdirəlayiqdir. Aİ bu məsələdə də Azərbaycana hər cür yardım göstərməyə hazırdır.

M.Makovei qeyd etmişdir ki, Azərbaycan ilə Aİ arasında assosiativ sazişin imzalanması üzrə danışıqlar davam edir. İnanırıq ki, viza rejiminin sadələşdirilməsi ilə bağlı da yaxın vaxtlarda başlayacaq danışıqlar müsbət nəticəsini verəcəkdir.

Digər xəbərlər