"Azərbaycanda "Eurovision" musiqi yarışmasının keçirilməsinə açıq şəkildə qarşı çıxan ermənilərdir. Ölkədə isə bu yarışla bağlı pozuculuq addımı atmağa çalışanlar hansı motivlərdən çıxış etməsindən asılı olmayaraq, mütləq şəkildə ermənilərlə birləşmiş və ya eyni mövqedə dayanmış kimi qiymətləndirilməlidir".
SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında YAP-ın Sədr müavini, İcra katib Əli Əhmədov bildirib. O qeyd edib ki, Azərbaycanın milli qürur elementinə çevrilən "Eurovision" musiqi yarışmasının keçirilməsinə maneçilik etməyə çalışan şəxslərin məntiqini başa düşmək mümkün deyil: "Təəssüf hissi ilə qeyd edim ki, belə insanlar bir neçə il bundan əvvəl mahnı müsabiqəsində Azərbaycanı təmsil edən iştirakçıları dəstəkləmək əvəzinə, burdan sms vasitəsilə o yarışlarda iştirak edən erməni ifaçıları dəstəkləmişdilər. Mən belə güman edirəm ki, belə insanları barmaqla saymaq olar və onlara azərbaycanlı adı yaraşmır".