PDF Oxu

Əsas

  • 17

“Əli Kərimli Azərbaycan xalqının maraqlarını satmaqla məşğuldur”

“Əli Kərimli Azərbaycan xalqının maraqlarını satmaqla məşğuldur”

"Soyqırımı ilə bağlı real faktları bu gün biz düzgün formada dünyaya çatdırırıq". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin Xocalı soyqırımına həsr olunmuş xüsusi iclasında millət vəkili Siyavuş Novruzov səsləndirib. Millət vəkili qeyd edib ki, biz bununla bağlı məhkəmələrin də keçirilməsi məsələsini qaldıra bilərik: "Ola bilsin ki, cinayəti törətmiş şəxslərin bəziləri artıq həyatda yoxdur, bəziləri isə azərbaycanlılara qarşı törədilmiş soyqırımında iştirak etdiyinə görə cinayətkar kimi axtarılmalıdır. Bununla bağlı Azərbaycan Ali Məhkəməsi qərar verməlidir ki, bundan sonra beynəlxalq təşkilatlara müraciət edə bilək. Bu lazımdır və bununla cinayətkarlara tarixi dərs verilməlidir. Tarixin bir dərsi də "sapı özümüzdən olan baltalara" verilməli, həmin şəxslərin adları hallanmalıdır".

Siyavuş Novruzov diqqəti bu gün faciələrimizdən danışmaq əvəzinə Azərbaycan əleyhinə kampaniya aparanlara yönəldib: "Bu gün Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı kampaniya aparan insanlar, ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərə qarşı antitəbliğat işi aparan adamlar var. Bunlar bir daha bilməlidirlər ki, Xocalı faciəsini törədən, həmin cinayətdə iştirak edənlər də məhz o cür insanlardır. Onlar Azərbaycan xalqının maraqlarını deyil, ayrı-ayrı dövlətlərin, millətlərin maraqlarına xidmət edirlər. Bunların hamısını biz adları ilə sadalamalıyıq. Qeyd etməliyik ki, bu gün adını siyasi partiya rəhbəri qoyan Əli Kərimli Azərbaycan xalqının maraqlarını satmaqla məşğuldur. O, Azərbaycan siyasətinə satqınlıq simvolu gətirib. Vaxtilə Elçibəyi satdı, ondan sonra ətrafında olanları satdı, indi ölkənin maraqlarını satmaqla məşğuldur. Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı qərəzli çıxışlar edir. Bu günə qədər Xocalı faciəsi, işğal olunmuş ərazilərimiz haqqında heç bir məqalə yazmayan, çıxış etməyən bir insan bu gün Azərbaycanın qardaş ölkəyə verdiyi dəstəkdən yazır. Halbuki, bizim Türkiyəyə verdiyimiz dəstək göz qabağındadır".

Digər xəbərlər