PDF Oxu

Əsas

  • 13

YAP-ın Sədr müavini Əli Əhmədov Pakistanın ölkəmizdəki səfiri  İnayatullah Kakar ilə görüşüb

YAP-ın Sədr müavini Əli Əhmədov Pakistanın ölkəmizdəki səfiri İnayatullah Kakar ilə görüşüb

Fevralın 27-də Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakar ilə partiyanın mənzil qərargahında görüşdü. Görüşdə Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılmış, ölkələrimiz, eləcə də, Yeni Azərbaycan Partiyası ilə Pakistan Xalq Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilmişdir. YAP Sədrinin müavini Əli Əhmədov səfirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət barədə ətraflı məlumat vermiş, Pakistan Senatının erməni vandalları tərəfindən törədilən Xocalı soyqırımını tanıdığı üçün minnətdarlıq etmişdir. Görüşdə YAP -ın İcra katibinin müavini Siyavuş Novruzov iştirak etmişdir

Digər xəbərlər