PDF Oxu

Əsas

  • 18

Qadınlar cəmiyyətin aparıcı qüvvəsidir

Qadınlar cəmiyyətin aparıcı qüvvəsidir

Dünən Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının və Daşkəsən rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib. Daşkəsən rayon icra hakimiyyətinin inzibati binasında keçirilən ümumrayon tədbirində qadınların cəmiyyətdəki rolundan bəhs edilib. Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev tədbirdə çıxış edərək bildirib ki, qadın olan yerdə məhəbbət, səmimiyyət, mehribançılıq, gözəl həyat var: "Azərbaycan qadını Şərqdə, ilk dəfə olaraq, demokratik şəraitdə seçmək və seçilmək hüququ qazanıb. Tarixə nəzər saldıqda da, Azərbaycan qadını öz həyat yoldaşı ilə birlikdə bütün çətinliklərə çiyin-çiyinə dayanaraq, iradə nümayiş etdirib".

Ə.Abıyev xüsusilə vurğuladı ki, Mehriban xanım Əliyeva Azərbaycan qadınının ən ali mücəssəməsi kimi dəyərləndirilir: "Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva ölkənin birinci xanımı kimi çox fəal, gərgin iş aparır, beynəlxalq aləmdə Azərbaycan qadını haqqında yüksək və xoş təəssüratlar yaradır".

"Azərbaycanda qadınlar tarixin hər bir dönəmində ağır, məsuliyyətli vəzifələrin yerinə yetirilməsindən çəkinməyiblər" fikrini söyləyən rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycanın inkişafında da kişilərlə qadınlar arasında fərqlərin olmadığını söləyib: "Müstəqilliyin bərpa edilməsindən sonra ilk dəfə 1995-ci ildə keçirilən parlament seçkilərində 15 qadın millət vəkili seçilmişdirsə, bu gün Milli Məclisdə 20 qadın təmsil olunur. Bu isə, onu göstərir ki, artıq ölkəmizdə qadınların seçkili və dövlət orqanlarında aktiv fəaliyyəti, onların öz hüquqları uğrunda daha əzmlə mübarizə aparmasına geniş imkanlar açılıbdır".

Ə.Abıyev xanımları təbrik edərək, Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizin qüdrətlənməsi və zənginləşməsi naminə qadınların, həmişə olduğu kimi, milli-mənəvi dəyərlərimizin təbliği işində daha çox fəallıq nümayiş etdirəcəyinə əminliyini ifadə etdi.

Bayram tədbirində YAP Daşkəsən rayon təşkilatı qadınlar şurasının sədri Nahidə Həsənova, İ.Nəsimi adına 1 saylı şəhər tam orta məktəbinin müəllimi Sürəyya Məmmədova və başqaları çıxış edərək, ölkəmizdə qadınların aparıcı bir qüvvəyə çevrildiyini, qadın faktorunun əsas olduğunu bildiriblər.

Bayram tədbirinin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən 90 nəfər YAP fəalı olan qadınlara qiymətli hədiyyələr təqdim edilib.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər