PDF Oxu

Əsas

  • 11

“Gənclərin vahid qurum şəkilində fəaliyyət göstərməsi Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasına imkan verəcək”

“Gənclərin vahid qurum şəkilində fəaliyyət göstərməsi Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasına imkan verəcək”

"Təsis qurultayı keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyi çərçivəsində müxtəlif təşəbbüslərin həyata keçirilməsi, gələcəkdə müxtəlif layihələrə imza atılması Azərbaycan diasporunun güclənməsinə xidmət edəcək. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezident Administrasiyası (PA) siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırki tədbir Azərbaycan həqiqətlərinin, ələlxüsus da Dağlıq Qarabağ münaqişəsi barədə düzgün məlumatları müxtəlif dairələrə, müxtəlif ölkələrə, dünya birliyinə çatdırmağa imkan verəcək: "Gənclərin vahid qurum şəkilində fəaliyyət göstərməsi və bu qurumun müxtəlif təşəbbüslər, layihələr həyata keçirməsi gələcəkdə Azərbaycan diasporunun güclənməsinə, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasına, əsasən də Dağlıq Qarabağ münaqişəsi haqqında müxtəlif ölkələrdə məlumatların çatdırılmasına imkan verəcək".

E. Aslanov Azərbaycan diasporunun fəaliyyətinin daim gücləndiyini vurğulayıb. PA rəsmisi qeyd edib ki, Azərbaycan dövləti gücləndikcə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları daha sərbəst, daha intensiv fəaliyyət göstərə bilir: "Qurultayın keçirilməsi Azərbaycan diasporunun gücləndirilməsi, azərbaycanlı gənclərin diaspor fəaliyyətinə cəlb olunması istiqamətində irəli sürülmüş mühüm təşəbbüsdür. Tədbir xaricdə yaşayan azərbaycanlı gənclər üçün yeni perspektivlər açır".

Digər xəbərlər